ETNOPSİXOLOGİYA 281
mühacirlər gətirmişdir. Əslində Çin mətbəxi Amerikaya tez bir
zamanda yayılmamışdır. Onlar ilk əvvəl ərzaq məhdudiyyəti
olduğuna görə sadəcə tərəvəzlərdən ibarət sadə yeməklər
bişirirdilər. Daha sonra bu yeməklər böyük şəhərlərə yayıldiqca
çin-amerikan mətbəxini formalaşdırmışdır. Hal-hazırda çin-
amerikan mətbəxinə misal olaraq tərəvəzli rulet, pelmen (xəngəl)
supu, bişmiş düyü göstərmək olar.
Amerikalılarda ailə. Uşaqlar 16 yaşına çatdıqda evdən
ayrılırlar, onlar bizə görə çox erkən yaşda işləməyə başlayırlar.
Orada universitetlərdə təhsil haqqı çox bahalı olduğu üçün uşaqlar
məktəbi bitirdikdən sonra universitetə girməyə çalışmırlar, təhsil
almaq istəmirlər. Universitetdə oxuyan uşaqların çoxu isə yay
aylarında müxtəlif işlərdə işləyərək təhsil haqqlarını ödəməyə
çalışırlar. Azərbaycan ailələrindən fərqli olaraq onlarda ata-anaya
münasibət tamamilə fərqli olur. Ana övladını hər dəqiqə müdafiə
etməyə çalışmır, psixoloji olaraq ona dəstək durur, lakin həyatın
çətinliklərindən müstəqil olaraq keçməsini daha məsləhətə uyğun
hesab edirlər. Kaliforniyada demək olar ki, hər evin qabağında
limon ağacı əkilir. Onların əksəriyyəti evlərinin ətrafında özləri
üçün lazım olan hər şey edirlər. Əksər amerikalıların həyatları
evlərini, evləri isə həyatlarını dəyişir. Meqapolislərdən uzaqlarda
yaşayan amerikalıların ailələrində uşaqlar valideynlərinə ev
işlərində kömək edir. Bir çox yeniyetmələr xəstəxanalarda
işləyərək özlərinin ehtiyaclarını ödəməyə çalışırlar. Amerikalılar
qayda qanuna qarşı çox diqqətlidirlər. Siqaret çəkilməyən yerdə
siqaret çəkmək, yerə zibil atmaq, qırmızı işıqda yol keçmək, işə
vaxtında gəlməmək kimi qanun pozuntularına görə çox ağır
cəzalanırlar. İş həyatında çox ciddi qanunlar vardır. Onlar üçün
xüsusi iş həyatı və iş əxlaqı vardır.
İnsan münasibətləri. Amerikada insanlar çox gülərüzdürlər,
xüsusən də başqa ölkələrdən gələnlərə qarşı çox mehribandırlar,
diqqətlidirlər. İngilislər və fransızlar kimi özündən razı və soyuq
deyillər. Tanımadığınız bir insan sizə tezdən Salam verə və ya
necəsən soruşa bilər, bu sizi təəccübləndirməsin. Onlar hər an