ETNOPSİXOLOGİYA 279
onların köməyinə ehtiyacı olduğuna inanirlar. Bu hətta hərbi
müdaxiləyə gətirib çıxartsa belə - heç nədən çəkinmir və müdaxilə
edirlər. Belə ki onlar böhran vəziyyəti yaradır və həmin böhranı
həll edərək özlərini qəhrəman adlandırırlar.
Çox çalışqanlıq. Çalışqanlıq müsbət stereotip olsa da,
amerikalılarda bu həddindən artıq çox olmuş və burada karyera
həvəsi günlük həyatı məhv etmişdir. Burada iş saatları daha uzun,
tətillər daha qısadır. Bütün bu stereotiplərlə yanaşı amerika bütün
dövlətlər tərəfindən çox güclü dövlət kimi tanınır. Soyuqqanlılıq,
təkəbbürlülük onların əsas stereotipləridir.
Amerikan mətbəxi. Amerikan mətbəxinin tarixi XVII-XVIII
əsrlərdən başlayaraq İngilis mətbəxindən gəlmişdir. Daha sonra
Şimali Amerika mətbəxi İngilis mətbəxini mənimsəmişdir. Daha
sonralar amerika mətbəxinin formalaşmasında ispan, fransız,
italyan, slavyan və buraya mühacir kimi gələn başqa ölkələrin
mətbəxləri ilə qarışmışdır. Buna görə də amerikan yeməkləri
dedikdə bura pizza, sosiska, hamburger daxildir. Həmçinin
amerikanlar tərəvəz salatlarını da sevirlər. Məhz XX əsr amerikan
mətbəxinin tam formalaşması dövrü hesab edilir. İlk növbədə bu
dövrdə Amerikan mətbəxinin formalaşmasının səbəbi şəhər
əhalisinin kəskin surətdə artması, kənd əhalisinin isə azalmasıdır.
Sənaye sahələrinin inkişafı və bu inkişafda Amerikanın rəqabət
aparması üçün çoxlu güc və vaxt tələb edirdi. Buna görə də çətin
yeməklərin hazırlanması çox da vacib deyildi. Daha çox tez hazır
olan “fastfood” üstünlük təşkil edirdi. “Fastfood”un yaranması
çoxda asan olan bir proses deyildir. İnsanlar çox vaxt aparmayan
yeməkləri ixtira etmək istəyirdilər. Nəticədə yarımfabrikatlar və
daha sonra konservalar yarandı. Onlardan soyuq şəkildə isitmədən
də qida kimi istifadə edilirdi. Bu kateqoriyaya hamburqer, hot-doq,
kartof free və başqaları daxildir. Hal-hazırda Amerika
cəmiyyətində insanların qidasının əsas hissəsini “fastfood” və ya
təbii məhsullardan hazırlanmış milli yeməklər təşkil edir. İnsanların
“fastfood”u seçməklərinin əsas səbəbi dadlı və qiymətinin sərfəli
olmasıdır. Bununla yanaşı əgər siz hər hansı bir amerikanlının