ETNOPSİXOLOGİYA 275
Afrika və Avropadan sonra ən böyük dördüncü qitəsidir. Təxminən
24.247.039 km² sahəsi ilə dünya torpaqlarının 16,5%-ni əhatə edir.
500 milyondan çox əhalisi vardır.
Amerika xalqinin bayramları. Bir çox xalqlarda olduğu kimi
amerikalıların da milli bayramlarına Pasxa, Milad və Yeni
il daxildir. Amerikalıların bir sıra özünəməxsus bayramları da var.
Əmək bayramı (Labor Day) əmək bayramı olaraq tanınan bu
xüsusi gün hər ilin iyul ayının ilk bazar ertəsi günü qeyd edilir. Bu
gündə iş yerləri və məktəblər tətil edirlər. Kolumb günü (Columbus
Day) Xristofor Kolumbun yeni qitə Amerikaya ayaq basmasının il
dönümü olaraq hər il 1492-ci il 12 oktyabr ayının ikinci bazar ertəsi
günü qeyd olunur.
Halloven (Halloween) cadugərlər bayramı olaraq hər il 31
oktyabrda böyük şənliklərlə qeyd olunur. Bu gün hər evdə gözləri
və ağzı kəsilmiş, içi oyulmuş boş balqabaq olmalıdır. Bayramın ən
məşhur adətlərindən biri budur ki, uşaqlar karnaval paltarlarını
geyinib, qapı-qapı gəzib şirniyyat istəyirlər. Əgər evin sahibi xəsis
olarsa, uşaqlar intiqam ala bilərlər.
Veteranlar günündə (Veterans Day) Birinci dünya müha-
ribəsində vuruşanların xatirəsi yad edilir. Hər il 11 noyabr tarixində
bu müharibədə olan veteranlar xüsusi olaraq təbrik edilir.
Minnətdarlıq günü (Thanksgiving) Minnətdarlıq günü olaraq
bilinən bu xüsusi gün 1621-ci ildən qeyd olunur. Həmin dövrdə
gerçəkləşən qorxunc bir qıtlıq və ölümlərdən sonra yenidən
qayıdan bərəkətə minnətdarlıq etmek fikrindən yaranmış
bir bayramdır. Hər il noyabr ayının dördüncü çərşənbəsində qeyd
olunur. Bu günün ən böyük xüsusiyyəti ailə üzvlərinin bir araya
gəlməsidir. Ailə böyüyü evində hinduşka bişirir, bütün ailə süfrəyə
toplaşıb Amerikan futbolunu izləyirlər. Bu gün əsasən süfrədə
hinduşka, kartof və balqabaq bişirirlər. Bütün ailə süfrənin
arxasında toplaşaraq əldə etdiyi məhsula görə tanrıya dua və şükür
edir. Amerikada dostlarla görüşmək üçün o qədər səbəb var ki
manqal, qril qonaqlıqları tez-tez təşkil olunur. Bağda qonaqların
qəbulu da çox populyardır. Qrildə ətdən və tərəvəzlərdən tutmuş