ETNOPSİXOLOGİYA 273
dostları ilə keçiridi. Mərasimin sonunda “xoşbəxtlik” üçün qablar
sındırılırdı. Əvvələr toya qonaqların dəvət olunması üçün
hazırcavablığı və ağlı ilə seçilən bir şəxs təyin edilirdi. XIX əsrin
ortalarında hətta dəvət üçün şeirdə yazılırdı. 1930-cu illərdə dəvət
edən şəxsin hətta xüsusi geyimi də mövcud idi. Silindr papaq, ağ
rəngli boğaz yaylığı köynəyin altından bağlanılırdı, yaxasmda
rəngli lentlərlə bəzədilmiş kiçik gül dəstəsi bağlanılırdı. Kasıb
ailələrdə isə toya dəvəti bəy və gəlin özləri edirdilər. Kəndlərdə toy
bütün kənd əhalisinin işi hesab edilirdi və toy xərcinin bir qismini
öz öhdələrinə götürürdülər. Adətə görə, bəy və gəlin kənd
əhalisindən un, yağ, yumurta və s. toplayırdılar. XX əsrdən isə
yalnız qonşulardan toplayırdılar. Toy günü gəlinin cehizinin bəy
evinə aparılması ilə başlayırdı. Toy süfrəsi oğlan evində açılırdı.
Şəhərlərdə isə adətən kiçik yeməkxanalarda toy süfrəsi açılırdı.
Toyda gəlinin qaçıldılması, onu geri almaq üçün ödənilən pul,
gəlinin bəyin qohumları ilə reqs etməsi, evlilik həyatına keçməsi ilə
bağlı gəlinin başının bağlanması və s. adətləri həyata keçiridilər.
Toyda adətən gələcək həyat üçün fala baxmalarda olurdu.
Uşaqlarla bağlı adət və ənənələr. Uşaqların anadan olması ilə
də bir sıra adətlər da vardı. Çətin doğuş vaxtı qapı, qıfıl və ya
düyün açılırdı. Adətə görə ana və yeni doğulmuş uşaq xaç suyuna
çəkilərək pis qüvvələrdən və bəd nəzərdən qorunmalı idilər. Bunun
üçün nə ana, nə də uşaq evdən bayıra çıxmamalı idi. Dağlıq
rayonlarda hətta gənclər. pis ruhlardan qorunmaq üçün havaya atəş
də açırdılar. Xaç suyu mərasimindən sonra evdə böyük bayram
süfrəsi açılırdı. Xaç atası və xaç anası seçməyə böyük diqqət
verilirdi. Xaç valideynlərinin sayı 2-3, 5-6 nəfər ola bilərdi.
Oğlanlarda xaç atası, qızlarda isə xaç anasının sayı çox olurdu. Xaç
valideynləri uşağın həyatındakı əlamətdar günlərdə məsələn; ad
günü, məktəbə gedərkən və ya bitirərkən və s.hallarda mütləq
hədiyyələr verirdilər. Katoliklərdə adətən uşağın anadan olduğu
günə yox, xaç suyuna çəkilərkən ad qoyulan günə daha çox diqqət
verilir. Protestanlarda isə anadan olduğu gün qeyd olunur ki, indi
də bu adət bütün almanlarda geniş yayılıb. Ad günlərində