ETNOPSİXOLOGİYA 282
sizinlə dialoq qurub, münasibət qura bilərlər. Amerikalılar
avropalılara nisbətən daha istiqanlıdırlar. Hər bir amerikanlı gün
ərzində 50 nəfərlə cox qısa və lakonik danışıb, münasibət qura
bilərlər. Balaca uşaqları sevələmək, başını sığallamaq onlar üçün
adət edilməz bir şeydir. Tanımadıqları insanların uşaqlarına kənar
bir adam yaxınlaşarsa bunu çox pis qəbul edərlər. Hətta onu
təcavüz belə adlandıra bilərlər. Ona görə də bu məsələdə ehtiyyatlı
olmaq lazımdır. Amerikalıya necəsən deyə soruşduqda həmişə
müsbət cavab verməyə çalışırlar. Çünki onlar öz problemləri ilə heç
kəsi yükləmək istəmirlər. Problemi olan insanlara isə psixoloqa
müraciət etməyi tövsiyyə edirlər. Avropalı və amerikalını müqayisə
edərkən çox sıx istifadə edilən bir cümləni qeyd etmək yerinə
düşərdi. “Avropalılar üçün 100 km çox uzun məsafə, amerikalılar
üçün 100 il çox üzün zamandır”. Bunun mənasını belə aça bilərik
ki, amerikanin qərblə münasibəti çox uzun bir tarixi əhatə etdiyi
100 il çox, avropalıların ölkələri kiçik olduğu üçün 100 km çox
uzun məsafəni ifadə edir.
Şiddət bir çox amerikalının həyatının bir hissəsidir. Hər hansı
bir qalmaqal zamanı amerikalılar həmən əl-qol davasına
başlamırlar. Haqlı olduqda belə polislər tərəfindən nəzarətə
götürülə bilərlər. Amerikalılar pis ifadələrdən istifadə edirlər,
amma əl qol davası etmirlər. Amerikalılar həyatda hər şeyin ən
yaxşısına sahib olmaq üçün çox işləyə bilərlər və çox şeyi fəda edə
bilərlər. Amerikalılar onların bacarıq və uğurlarına lağ edən
insanları sevmirlər. Amerikalılar çox zaman gülümsəyirlər, onlar
sizi sevməsələr belə gülümsəyirlər. Metroda sizi tanımayan biri
belə sizə salam verib, gülümsəyə bilər. Amerikada əgər ingiliscə
danışmasanız üzünüzə baxar və heç bir şey anlamaz. Bu vəziyyət
onlar üçün qəribə gəlir. İspan dili orada çox yayılsa belə onlar yenə
də ingiliscə danışmağa üstünlük verirlər. Amerikalılar ABŞ-ın
vətəndaşı olan hər bir kəsə qarşı hörmətlə yanaşır və onun
keçmişini axtarmırlar, çünki orda yaşayan hər bir insanın kökü
onsuz da başqa-başqa yerdəndir.
Daha sonra amerikada barda, oteldə və digər iaşə yerlərində