Microsoft Word etno kitab son srift 12



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə281/338
tarix25.09.2022
ölçüsü1,89 Mb.
#64101
növüDərs
1   ...   277   278   279   280   281   282   283   284   ...   338
ETNOPSIXOLOGIYA

ETNOPSİXOLOGİYA 
287 
Başlıca məşğuliyyət növlərinə dəniz ovu (delfin, molyuska, balıq 
ovu), quru ovu (meymun, tısbağa, yaquar) və yığıcılıq (meyvə və 
giləmeyvələr, bitki kökləri və s.). Qədim tayfalar birlik halında 
yaşayırdılar. Hər bir ailənin ya öz örtüyü, ya da yumru formada 
koması vardır. Qida hazırlamaq üçün xüsusi qab-qacaqdan istifadə 
olunurdu: məsələn, molyuskaları balıqqulaqlarında bişirir, əti daş 
və kömürdə qızardır, balıq, quş və yumurtanı isə sobalarda 
hazırlayırdılar. Buranın sakinləri bəzək-düzəyə biganə deyildilər: 
alt dodaqları və qulaqlarına taxta tıxaclar vururdular. Şərqi 
Kolumbiya, Venesuela, Argentina və Uruqvay düzlərində yaşayan 
insanların da həyat tərzi eyni idi. Onların evləri, komaları yox idi, 
ov zamanı xüsusi daşlardan istifadə edirdilər. 
Orinoko və Amazonka çaylarının hövzələrində yerləşən 
Cənubi Amerikanın tropik meşələrinin sakinləri öz inkişaflarında 
nisbətən irəli getmişlər. XVI əsrdə burada çoxsaylı xalqlar – tupi 
quarani, aravaklar, kariblər yaşayırdılar. Bu xalqların etnik 
mənsubiyyəti haqqında indiyədək dəqiq məlumat yoxdur. Bu tayfa 
və xalqların dünyagörüşü ibtidai insan üçün tipik səciyyə kəsb 
edirdi. Həyat və məişət tərzi miflərlə, ruh və fövqəltəbii qüvvələrlə 
bağlı idi. 
Braziliya haqqında düşünən zaman sözsüz ki, ağla gələn ilk 
fikir möhtəşəm Rio-de-Janeyro karnavalıdır. Braziliyanın ən böyük 
bayramı hesab olunan karnavalda hər il on minlərlə turist iştirak 
edir. Festival zamanı sanki bütün şəhər canlanır: Diqqət cəlb edən 
geyimlər, Samba (məşhur Braziliya rəqsi) və musiqi al-əlvan 
rənglərdən və dərin emosiyalardan ibarət sehirli bir mühit yaradır. 
Karnaval şənliklərinə Braziliyanın hər bir guşəsində təsadüf 
olunur.
Braziliyanın bu şəhəri maraqlı karnavalları, qeyri-adi 
festivalları ilə məşhurdur. 28 fevraldan başlayan Rio karnavalı 
dünyada səbirsizliklə gözlənilənən dəlisov mərasimlərdən biridir. 
Bu karnavalı cürbəcür parlaq rənglərin, qeyri-adi, əcaib 
kostyumların, çılğın rəqslərin, dəlisov rəqqasların, sehrbazların 
qaynar “kokteyli” də adlandırmaq olar. Mərasimin dəqiq tarixi 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   277   278   279   280   281   282   283   284   ...   338




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin