ETNOPSİXOLOGİYA 286
onları müstəqilliyə öyrəşdirirlər. Əgər uşaq palçıqda oynamağı arzu
edirsə, ana hirslənməyəcək və ata qayışını çəkməyəcək. Çünki hər
kəsin öz səhvləri və təcrübə hüququ vardır.
6. Nənələrlə və babalarla nəvələr nadir hallarda görüşürlər,
bir qayda olaraq onlar başqa ştatlarda yaşayırlar.
7. Amerikalılar üçün uşağın ətrafında mənəvi atmosfer
əhəmiyyətlidir. Məsələn, çimərlikdə hətta balaca qız çimərlik
geyimində hökmən olacaqdır.
8. Şəxsi həyata hüquq. Bu qaydaya riayət etməyi amerikalılar
hətta körpələrdən tələb edir. Uşaqlar valideynlərdən ayrı otaqlarda
yatırlar və hər halda körpə gecə su içmək istəsə və ya valideynin
yorğan-döşəyində kabuslardan gizlənmək istəsə də ana- ataya
toxunmaq olmaz. Heç kim hər beş dəqiqədə uşaq çarpayısına
qaçmır.
9. Uşaq doğulana kimi mövcud olan həyat tərzi doğuşdan
sonra da davam edir. Uşaq dostlarla səs-küylü əyləncə gecələrindən
və görüşlərdən imtina etmək səbəbi deyil, onlar bu yerlərə körpəni
özüylə götürürlər və onun ağlamağına baxmayaraq, hər bir qonağa
saxlamağa verirlər.
10.Uşaq tibbinin əsas şüarı "təlaşa düşməyin". Təzə
doğulmuş körpənin müayinəsi qısa ola bilər "çox gözəl uşaqdır!"
deyirlər və kütləsini çəkirlər. Həkimlər tərəfindən sonrakı
müşahidəyə gəlincə körpənin zahiri görünüşü həkim üçün əsas
amildir. Əla görünür? Deməli, sağlamdır.
Cənubi Amerikada ibtidai insanların mədəniyyəti bir-
birindən ayrı şəkildə yaşayan tayfa qruplarının məişət və əmək
fəaliyyətində təzahür edirdi. Onlar Cənubi Amerika və Odlu
Torpaq rayonunun tropik meşəlikləri və düzənliklərində
məskunlaşmışlar. Hündür dağlar, böyük çaylar, təsəvvürə gəlməz
düzənliklərlə əhatələnmiş bu məkandan insanlar öz ibtidai
məişətlərindən irəliyə addımlaya bilməmişlər.
Odlu Torpaq rayonu, Şərqi Braziliya, Argentina, Boliviya,
Paraqvayda yaşayan tayfalar cəmiyyət və mədəniyyətin ibtidai
inkişafında idilər. Onların həyat tərzi dinamik xarakter kəsb edirdi.