ETNOPSİXOLOGİYA 294
Argentina və tango – sinonim sözlərdir. Ölkədə Milli Günü tango
qeyd edilir. Həmin gün uşaqdan yaşlı adama kimi bütün insanlar
küçəyə çıxır və rəqs edirlər. Tanqo Montevideo və Buenos-Ayresin
yoxsul məhəllələrində yaranmış, lakin sonradan bütün dünyaya
yayılaraq dünya rəqs incilərinin sırasına qoşulmuşdur. Xorxe Luis
Borxes tanqonu Uruqvay rəqsi milonqanın oğlu və habaneranın
nəvəsi adlandırmışdı, lakin tanqo öz mənşəyini milonqa və
habanera ilə yanaşı, həm də polka rəqsindən götürür. Bu rəqs və
musiqinin hal-hazırda Argentina tanqosu, Uruqvay tanqosu, fin
tanqosu və bal tanqosu kimi geniş yayılmış növləri var. Yaşanan
müharibələr, aclıq və susuzluq əhalini depressiyaya salırdı. Bu
zaman əhalinin depressiyadan çıxmasının tək səbəbi tanqo olurdu.
İnsanlar tanqo ilə hirslərini, yalnızlıqlarını, sevgilərini və qısacası
həyatlarını anladırdılar. Məşhur argentinalı müğənni və kinoaktyor
Karlos Qardelin doğum tarixi olan 11 dekabr Argentinanın paytaxtı
Buenos-Ayresdə hər il “Tanqo günü” kimi qeyd edilir.
Fevral-mart aylarında Argentinada iki həftəlik ölkənin hər
yerində karnavallar keçirilir. Müxtəlif geyimlər geyinilir, qrimlər
edilir, maskalar taxılır, rəqslər oynayırlar, şoular göstərirlər,milli
mətbəx nümayiş etdirilir.
10 noyabr Argentinada adət-ənənə günüdür və həmin gün
hamı küçələrə çıxaraq Argentina adət-ənənəsini nümayiş etdirir.
Venesuela. Toy adəti: Venesuelada bəyin evlənməsi üçün xaç
atası icazə verməlidir. Əvvəlcə adi toy keçirilir, iki həftədən sonra
isə kilsədə nikah mərasimi təşkil olunur. Hər iki mərasim yeyib-
içməklə bitir. Amma kilsə nikahından sonra daha böyük banket
keçirilir. Evlənənlər isə toydan heç kimin diqqətini cəlb etmədən
qaçmalıdırlar. Guya bu hərəkətlərilə onlar mütləq xoşbəxt
olacaqlar.
Rəqs edən şeytanlar: Hər il pisliklərə qarşı, yaxşılığın dini və
sehrli inanclarının təkrar təsdiqləndiyi Corpus Christi qeyd
etmələrində, ölkənin fərqli bölgələrində rəqs edən ‟şeytanlar”ın
oynadığı bir rəqs hazırlanır. Onlar fəqrli libaslar geyinir və üzlərinə
bir maska taxırlar. Qrup və ya toplu şəkildə dualar edir və