ETNOPSİXOLOGİYA 293
Karnaval vaxtı bütün ölkə dincəlir (Karnaval milli
bayramdır);
Braziliyalılar çox temperamentli və qısqancdır;
Braziliyalılar ailələrə çox bağlıdırlar, hətta uzaq qohumlarla
belə çox yaxın və sıx münasibətdədilər;
Adət-ənənələr. Braziliya. Zəhərli qarışqa adəti: Braziliyanın
Amazon meşələrində yaşayan Satare-Maşe qəbiləsinin olduqca
ağrılı bir adəti mövcuddur. Belə ki, oğlan uşaqları yetkinlik
yaşlarına çatdıqlarını göstərmək üşün əllərinə içində zəhərli
qarışqalar olan əlcək geyinməlidirlər. Qəbilənin üzvləri bunu bir
tədbir halına gətirib və illərdir ki, davam etdirirlər. Cəsarət edib o
əlcəyi geyinməyənin hələ də böyümədiyinə inanılır.
Ölüm ritualı: Venesuela və Braziliyada yaşayan Yanomami
qəbiləsinin özünəməxsus adətləri var. Ölülərini yandıranYanomami
qəbiləsi daha sonra qalan külləri hazırladıqları şorbanın içərisinə
qatıb, içirlər. Bu inanca görə ölən şəxsin ruhu onu içən adamın
bədəninə keçir. Üstəlik bu şorbanı ölünün ən çox sevdiyi insan
içməlidir
Yeni il adət-ənənələri: Yeni ilin ilk günü bütün evlərdə ya
mərci şorbası içilir, ya da plov yeyilir. Həmçinin, Yeni il axşamı,
içi güllər və şamlarla dolu kiçik qayıqlar İpenama çimərliyində
okeana buraxılır. 1992-ci ildən bəri adət halına çevrilmiş digər ayin
isə minlərlə hava şarını səmaya buraxmaqdır
Argentina. Yeni il adət-ənənəsi: Argentinada yeni il günü
gecə saat 12 olmadan lobya yeyilərsə, bunun yeni ildə uğur
gətirəcəyinə inanılır. Bu səbəbdən həmin gün bütün evlərdə bu
yemək bişirilir. Bəziləri isə gecəyarısı evlərinin qarşısında
çamadanla gəzirlər. Bunun növbəti ildə çox səyahətə çıxmalarını
təmin edəcəyini söyləyirlər.
Tango günü: Argentina adət-ənənələrini bütün rəqslərin kralı
olan tanqosuz təsəvvür etmək olmur. Bu ad XIX əsrdə yaranıb,
lakin ehtiraslı və şəhvətli rəqs daha əvvəl ortaya çıxmışdı. Onun
hərəkətləri Afrika xalqlarının ritual rəqslərindən əmələ gəlmişdi.
Amerika qitəsinə onun nümayəndələri qul kimi gələnlər idi. Bu gün