ETNOPSİXOLOGİYA 301
Norveç mədəniyyəti egalitarizm (bütün insanların bəra-
bərliyi) prinsipi üzərində qurulub. Norveçlilər düzgünlüyü,
praqmatizmi, tədbirliliyi, yumoru, təbiətə qayğını, öz gücünə inamı
və güvənməni, söhbətdə təmkinliyi və dinməzliyi qiymətləndirirlər.
Quru və dənizdə həyat uğrundə mübarizə onların xarakterində
fərdililiyi formalaşdırıb. Bu keyfiyyətlər uzun illər ərzində sərt
iqlim və bütpərəst adətlərin təsiri altında formalaşmışdır. Belə
şəraitdə yalnız cəsarətli, təbiətlə harmoniyada yaşayan və yalnız öz
gücünə güvənən insanlar sağ qala bilərdilər. Bunun üçün tədbirli
olmaq, az danışıb çoxlu işlər görmək lazım idi. Hətta xalq
yaradıcılığında bu keyfiyyətlər atalar sözlərində öz əksini tapıb:
“Mal-qara qırılır, krallar vəfat edir. Hər şey fanidir, lakin xoş sözlər
həmişəlik qalacaq”, “Uzun dillə xeyir tapmazsan”, “Hər kəs
bilməlidir ki, qış üçün nə qədər odun yığmaq lazımdır”.
Norveçli üçün onun ölkəsi onun dünyasıdır. Onun vikinqlərlə
bağlı keçmişi, gələcəyini təmin edə biləcək nefti, başqa krallardan
fərqlənən kralları var və nəhayət darıxmamaq üçün onlar trollar və
cırtdanlar aləmini də yaradıblar. Norveçlilər müasir dövrdə də troll
və cırtdanlara inanırlar. Trollardan biri Oslo şəhərində Ekeberq
dağında yaşayır. Hətta Norveçdə troll və cırtdanlarla özünü
aparmaq qaydaları tərtib olunub.
Norveç çox feminləşmiş ölkədir. Dövlət anaların və
uşaqların, xüsusilə də tək yaşayan anaların qayğısına qalır. Dövlət
onlara ikiqat yardım verir, mənzil və kommunal xidmətlərinin
ödənilməsində güzəştlərə gedir və s. Norveç qadınları gec ailə
qururlar, 30-40 yaşında. Onlar həyatda öz məqsədlərinə nail
olduqdan, özlərini reallaşdırdıqdan sonra ailə qururlar. Norveçlilər
öz münasibətlərini rəsmiləşdirməyə tələsmirlər. Onlar illərlə
vətəndaş nigahında yaşayırlar. Norveçdə toy mərasimi sevgililər və
onların dostları üçün təşkil edilmiş bir bayramdır. Vətəndaş
nigahında yaşayanlar üçün xüsusi termin var, samboere (birlikdə
yaşayanlar). Birlikdə yaşayanlar nigah müqaviləsi bağlayırlar.
Norveçdə “Ana uşaq üşün vacibdir!” yönəlişliyi yoxdur.
Boşanma zamanı uşaq qalmaq istədiyi valideyni seçir. Lakin digər