ETNOPSİXOLOGİYA 304
immiqrantlar təşkil edir. İsveçli və qeyri-isveçlilər arasında
qarşılaşma milli mənsubiyyət problemini ortaya qoyur. Bu
qarşılaşma onların düşüncə tərzində və hərəkətlərində özünü
göstərir. İsveç mədəniyyəti öz daxilində olan müxtəlif etnik qruplar
arasında əlaqələr sayəsində daha da güclənmişdir. Bəs
immiqrantlara qarşı ayrı-seçkiliyə yol açan ən sadə İsveç dəyərləri
hansılardır? Bu məsələ ilə bağlı onu demək olar ki, milli xarakter
və milli mənsubiyyət üçün əsas səbəblərdən biri 1980-ci illərdə bir
kökə doğru fərdi olaraq deyil, mədəni olaraq yönələn böyük
maraqdır. Bu anlayışı psixoloji olaraq “daxili trend” də
adlandırmaq olar.
İsveçlilər arasında sosial əlaqələr problemlidir. Bu məsələ bir
çox səbəblərdən qaynaqlana bilər. Məsələn, sosial muxtariyyət
arzusu, təkliyə (tək qalmağa) pozitiv münasibət bəslənməsi, şəxsi
və ictimai həyat arasında ciddi sərhədin olması və s. Amerika və
İsveç tələbələrin araşdırmasına görə, amerikalıların həya,
utancaqlığa münasibəti neqativdir. Onlara görə, utancaq insanlar
daha az intelligentdir və onlar hər şeyi olduğu kimi qəbul edirlər,
yəni savaşçı ruhları yoxdur. Ona görə amerikalılar utancaqlığı
gizlətməyə və ya utancaqlığa qalib gəlməyə çalışırlar. İsveçlilərin
isə utancaqlığa münasibəti pozitivdir. İsveçdə utancaq insanlar
pozitiv görünürlər və onlar həssas və reflektiv insanlar hesab
olunurlar. İsveçlilər digər xalqlarla müqayisədə çəkingən
insanlardır, bu onların içinə qapanıq və ya introvert olmalarından
irəli gəlir. Hətta onlar ailə və yaxın dostlarından başqa heç kəslə
heç vaxt şəxsi mövzuları müzakirə etmirlər. Onların özəl və sosial
həyatları arasında ciddi sərhəd var. Onlar yaxın dostları və ailə
üzvləri ilə əylənməyi sevirlər. İsveçlilər özlərini bacarıqlı və
təhlükəsiz hiss elədikləri yerdə danışmağı sevirlər. Orta təbəqə
insanlarının xüsusilə bu cür yelərdə nitq söyləməsi adət halını
almışdır. İsveçlilər bütün hərəkətlərinə, geyimlərinə, sözlərinə
xüsusi diqqət yetirirlər. Çünki bütün bu elementlər onların
şəxsiyyətini göstərir. Əks halda bunlara görə başqaları tərəfindən
mühakimə və tənqid oluna bilərlər.