ETNOPSİXOLOGİYA 305
İsveç mədəniyyətində şəxsi müstəqillik Finlandiya, İtaliya və
ABŞ-la müqayisədə daha çox inkişaf edib. Bu müstəqilllik İsveçdə
yalnızlığa, təkliyə olan pozitiv münasibətin səbəbi kimi çıxış edir.
Onlar tək gəzməyə, tək yaşamağa meyil edirlər. İsveç tələbələri də
tək yaşamağa üstünlük verirlər. İsveç uşaq tərbiyəsində müstəqillik
və özü-özünü təmin etmək kimi xüsusiyyətlər aşılanır.
İsveçlilər üzbəüz qarşıdurmadan qaçırlar. Onlar aralarında
olan problemi yaponlar kimi razılaşma, sülh yolu ilə həll edirlər.
Hətta vasitəçilik etmək və danışıqlar aparmaq da İsveç tərzinə
aiddir. İsveçlilər özlərini dürüst hesab edirlər, amma vergidən
yayınma hallarını da inkar etmirlər. Belə ki, onlar hər şeyi dəqiq və
şişirtmədən detallarına kimi deyirlər. İsveçlilərdə rasionallıq
üstünlük təşkil edir. Onlarda emosionallıqdan daha çox dəqiqlik
özünü göstərir. Onlar özlərini zaraftcıl hesab etsələr də əslində belə
deyil. Zarafatçıl amerikalılara müqayisədə onlar ciddidirlər.
Əcnəbilərin gözündə qəmgin və şən olmayan insanlardır.
Qəmginlik onların xarakterində əvvəldən mövcuddur. Bunun iki
səbəbi var, şimalın soyuq iqlimi və lüteran kilsəsi. Onlara görə
həddindən artıq şadlıq günahkarlıq hissi doğurur.
İsveçlilərin milli xarakterinin müsbət tərəfi xüsusi
punktuallıq və həddindən artıq dəqiqlikdir. İsveçlilər heç vaxt əmin
olmadıqları işə görə söz vermirlər. Hər bir addımlarının mümkün
olan nəticələrini proqnozlaşdırırlar və bu onlarda xarici ləngliyə
səbəb olur. İsveçlilərin həddindən artıq dəqiqliyi qonşu ölkələrdə
lətifələrin mövzusu olub. İsveçlilər gecikməyi heç xoşlamırlar.
Başqa insanların gecikməsi onları qıcıqlandırır.
Danimarkalılar sakit və təmkinlidirlər. Amma onları
fleqmatiklərə də aid etmək olmaz. Nəzakətlilik və sözü üzə demək
onların xarakterinin əsas keyfiyyətlərindəndir.
Danimarkada konstitusiyadan başqa yazılmamış bir qanun da
var. Bu qanunu ilk dəfə Axel Sandermose təsvir etmişdir. Bu
“Yanteloven” qanunu adlanır. O, öz vətənində qrup təfəkkürü və
konformizmlə qarşılaşdığı üçün Norveçə köçür və orda uydurulmuş
şəhər Yante haqqında hekayə yazır. Bu qanun on maddədən