ETNOPSİXOLOGİYA 306
ibarətdir. Əsas mahiyyəti ondan ibarətdir ki, sən özünü mənsub
olduğun qrupun üzvlərindən üstün tuta bilməzsən. Məs, “Sən
bizdən daha yaxşı olduğuna görə aldanmamalısan”, “Bəlkə sən
bəzilərdən ağıllısan, amma bu o demək deyil ki, sən hamıdan
yaxşısan”.
Norveç, Danimarka və İsveçin dilləri linqvistik cəhətdən bir-
birinə çox bənzəyir. Bu Skandinaviyanın bütün tarixi ərzində bu
ölkələr arasında sərhədlərin tez-tez dəyişməsilə bağlı olmuşdur. Bu
dövlətlərin vətəndaşları bir-birlərini asanlıqla başa düşə bilirlər,
hətta “Skandinav danışığı” ifadəsi də mövcuddur.
Danimarkalıların etnopsixoloji xüsusiyyətlərini müzakirə
etməli olsaq, onların ünsiyyətə həvəsli olmaması, gəlmələrlə
xüsusən ehtiyatla davranmasını amma dostlaşdıqdan, yaxşı
tanıdıqdan sonra çox etibarlı, güvənli bir dosta çevrildiyini deyə
bilərik. Bizim ölkə də daxil olmaqla bir çox ölkələrdə insanlar
dostlarla görüşərkən opüşməyi adi hal sayırlar, amma bir
danimarkalı üçün bu çox qəribə görünə bilər. Bir danimarkalı üçün
yad birini öpmək qəribə gələ bilər. Ümumiyyətlə, Skandinaviya
ölkələrində insanlar görüşərkən əksər hallarda əl verirlər, xüsusi
hallarda isə qeyd etdiyimiz kimi qucaqlaşa da bilərlər.
İsveç, Norveç və Danimarkada insanlar tək qalmağa, bəzən
heç kimlə danışmamağa, ünsiyyətdən tam qaçmağa, dağlara çəkilib
(çox zaman hər bir ailənin dağlarda, meşələrdə Norveçlilərin Hytta adlandırdıqları hər cür şəraitli bağ evi olur) özünü yoldaşlardan,
dostlardan, ailədən təcrid etməyə meyillidirlər. Belə tənha qalmağa
ehtiyac o qədər inkşaf edib ki, onların dilində bəlkə də dünyanın
heç bir ölkəsində rast gəlinməyən bir söz einstøing (tənhalığa
qapılan, tək yaşayan) sözü meydana gəlmişdir. İsveçli bir
yaxınınızı ailənizə qonaq dəvət etsəniz, ona yüksək səviyyəli
qonaqpərvərlik, mehriban münasibət göstərsəniz o bundan çox
məmnun qalacaq və davranışınızı qiymətləndirəcək.
Skandinaviya ölkələrinə ilk dəfə gələn, bu ölkəni ötəri, səthi
tanıyan biri onun sakinlərini çox soyuq və nəzakətsiz kimi
xarakterizə edə bilər.