ETNOPSİXOLOGİYA 314
digər kəndlərində də bu nümunələrə az da olsa rast gəlmək
mümkündür. Bu evlər 1993-cü ildə YUNESKO-nun Dünya İrs
Siyahısına daxil edilmişdir.
Slovaklar 1993-cü ildə öz müstəqilliklərini elan etdikləri
üçün öz tarixləri ilə qürur duyurlar, bu səbəbdən onlar bu mövzuda
edilmiş söhbətlərə qarşı olduqca həssasdırlar. Bolqarıstan. Bolqarlar milli etnik kökünə və adət-ənənəsinə
sadiq millət kimi tanınırlar. Cəsarət mövzusunun geniş yayıldığı
bölgədir.
Bolqarıstan əhalisinin 90%-ni xristianlar, ikinci böyük dini
qrupu isə müsəlmanlar təşkil edir. Lakin orta məktəblərdə
müsəlmanların baş örtüyü ilə məktəbə gəlməsinə ciddi narazılıq
vardır. VII əsrdən başlayaraq Bolqarıstana olan hərbi təcavüzlərin
sayı durmadan artmaqda olduğu üçün cəmiyyət daxilində etnik və
mədəni cəhətdən fərqlilik yarandı. Nəticədə isə etnik identikliyin
formalaşması prosesində fərqlilik müşahidə edildi. Xüsusilə
Osmanlıların bolqarların milli identikliyinə güclü təsiri olmuşdur.
Lakin, xarici təsirlərə baxmayaraq etnik və mədəni cəhətdən fərqli
insanlar Bolqarıstanın ümumi dini, dili və əlifbası altında birləşərək
milli şüuru formalaşdırdı.
Bolqarıstanda valideynlər uşaqları liberal üsulla böyütdükləri
üçün uşaqlar ictimai yerlərdə çox sərbəst davranırlar. Tədqiqatlar
zamanı məlum olmuşdur ki, Bolqarıstanlı valideynlər Almaniyaya
gedərkən öz uşaqlarını burada əməl etməli olduqları qaydalar
barədə məlumatlandırırlar. Valideynlərin çoxu uşaqlara qarşı
zorakılıq aktını qınayır, uşağın üzərinə qışqırmaq, onu vurmaq,
cəzalandırmaq kimi halların uşağın şəxsiyyətini və ləyaqətini
alçaldacağını bildirirlər.
Bolqarıstanda “Bəli” və “Yox” cavablarını bildirən jestlər
Avropada qəbul olunan variantın tam tərsidir. Belə ki, başın sağa-
sola sallanması “Bəli”, aşağı-yuxarı sallanması isə “Xeyr” kimi
bilinir. Bolqarlar öz qonaqpərvərlikləri və qonşuluqları ilə qürur
duyurlar. Dəvətsiz qonaq giriş qapısında ya əllə, ya da sözlü olaraq
salamlanır, daha sonra səbəbə əsasən içəriyə dəvət edilir.