Microsoft Word etno kitab son srift 12



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə305/338
tarix25.09.2022
ölçüsü1,89 Mb.
#64101
növüDərs
1   ...   301   302   303   304   305   306   307   308   ...   338
ETNOPSIXOLOGIYA

ETNOPSİXOLOGİYA 
311 
burada yaşayan bir çox etnik xalqları sıxışdırıb sıradan çıxarmır, 
əksinə öz torpaqları ətrafında birləşdirərək vahid bir ölkə kimi 
baxır.
Çexiya əhalisinin 92%-i çexlərdən, qalanı isə slovaklar, 
almanlar kimi etnik azlıqlardan ibarətdir. 1992-ci ilə qədər Çexiya 
və Slovakya ölkələri bir ad altında birləşdikləri üçün etnik adət-
ənənələrində və milli identikliyin formalaşmasında hər iki ölkə 
arasında oxşar xüsusiyyətlər kifayət qədər çoxdur.
XX əsrin birinci yarısına qədər Çexiyada dini şüurun 
formalaşmasında bir sıra müxtəlif fikirlər yaranmışdır. Ənənəvi 
olaraq xristianlıq üstünlük təşkil edirdi. Müasir zamanda Çexiyada 
dindarların faizlə sayı əhəmiyyətli dərəcədə azalıb və indi Çexiya 
dinə ən az inanan ölkələr sırasındadır.
Çexiyada da Polşada olduğu kimi spirtli içkilərə güclü meyl 
vardır. Hətta Çexiyada pivə çəkmə sənəti geniş yayılıb. Çexlərin 
qədim psixoloji düşüncəsinə görə pivə nəsilləri birləşdirən dəyər 
kimi qiymətləndirilir.
Çexlər öz istehsal etdiyi məhsullara yüksək qiymət verir. 
Kroye Çexlərin və Slovakların milli geyiminin ümumi adıdır. Milli 
geyimdə (xüsusən də başa bağlanan yaylıqlarda) qotik üslubun 
güclü təsiri hiss olunur. Çexiya bir-birindən zəngin mədəniyyət, 
memarlıq və incəsənət nümunələri ilə doludur. Bu nümunələri 
yaradan məşhurlardan IV Karl, Franz Kafkanı və Yan Amos 
Komenski və b. hər kəs tərəfindən tanınan məşhur şəxslərdir. 
Çexiyada təhsilə xüsusi əhəmiyyət verilir. Burada təhsilin əsası IX 
əsrdə Kiril və Methodis tərəfindən qoyulmuşdur. 
Hər şeydən əvvəl çexlər həm ev, həm də çöl heyvanlarının 
qayğısına xüsusilə qalır. Heyvan haqlarına əhəmiyyət verən 
vətəndaşlar, heyvanlar üçün yaradılmış Milli Parklarda onlara zərər 
verməmək üçün hər cür profilaktik tədbirlər görmüşlər. 
Çexiyada yeni uşaq doğulduqda ona heyvan, bitki və hətta 
əşya adlarından ibarət soyadlar verilir. Bu bir qədər maraqlı və 
təəccüblü gələ bilər. Çexlər özləri bu halı təbiətə və heyvanlara 
verdikləri dəyər ilə əlaqələndirirlər. Eyni zamanda Çexiyada ailə 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   301   302   303   304   305   306   307   308   ...   338




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin