Microsoft Word etno kitab son srift 12



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə313/338
tarix25.09.2022
ölçüsü1,89 Mb.
#64101
növüDərs
1   ...   309   310   311   312   313   314   315   316   ...   338
ETNOPSIXOLOGIYA

ETNOPSİXOLOGİYA 
319 
illərdə rus milli xarakteri qərb antropoloqlarının maraq dairəsinə 
daxil olmuşdur. Bəzi alimlərin fikrincə, Rusiyada məhz uşaqların 
tərbiyəsindəki möhkəm sıxışdırılma çarizm və stalinizm avtokratik 
siyasi institutlarının əsas səbəbi olmuş və ya məhz bu amil rus 
xalqının maniakal depressiv təməl şəxsiyyətinin formalaşmasına 
gətirib çıxarmışdır. 
Amerikan psixoloqu Erikson möhkəm sıxışdırılmanın bütün 
dünya mədəniyyətləri üçün universal ənənə olduğunu bildirərək 
bunun məhz Rusiyada uşaqların erkən sosializasiya 
xüsusiyyətlərinin rus mədəniyyətinin digər elementləri ilə 
sinxronizasiyası hesabına daha da gücləndiyini xüsusi qeyd 
etmişdir. O, rus mədəniyyətində eyni formaya malik bir neçə çaları 
fərqləndirir – tam passivliklə çılğın emosionallığın növbələşməsi. 
Beləliklə, onun fikrincə rus insanın şəxsiyyətinin formalaşmasına 
soyuq iqlimdə kəndli həyatının ritmi – uzun qış aylarında nisbi 
fəaliyyətsizlik və passivliklə yazda periodik iş dövrünün 
növbələşməsi təsir göstərmişdir. Rus və qərb mədəniyyətini 
müqayisə edərkən psixoloqlar rus ruhunun əsasına provaslav 
dininin xüsusi təsirini də qeyd etmişlər. “Rusların milli ruhunda 
orta hal yoxdu. Rus insanı ziddiyyətlərdən ibarətdir, burada həm 
kobudluq, həm zəriflik, həm qəddarlıq, həm həssaslıq, həm 
günahkarlıq, həm müqəddəslik vardır”. 
Psixoloji antropologiyada uşaqların tərbiyə üsullarının və 
uşaq təcrübəsinin xüsusiyyətlərinin təhlili əsasında yalnız rus xalqı 
tədqiq olunmamışdır. İkinci dünya müharibəsi ərəfəsində və ondan 
sonrakı dövrlərdə ABŞ-da yapon və alman milli xarakterlərinin 
tədqiqinə həsr olunmuş bir çox işlər yaranmışdır. 
Rus xalqı barədə yaranan bir neçə etnik stereotip vardır. 
Onlardan ilki rus xalqının içkiyə meyl etməsi və səhərləri belə içki 
içməyi sevdikləri barədə olan məlumatdır. Hətta qəbir və ya 
tabutun başında içki içərlər. Bu, ölüyə hörmət və yaxınlarının 
kədərini paylaşmaq mənasına gəlir. Bu səbəbdən rus qəbirlərinin 
yanında balaca stol və stul qoyulmaqdadır. İçki ilə bağlı yaranan 
başqa bir etnostereotip isə rusların “meşə camaatı” 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   309   310   311   312   313   314   315   316   ...   338




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin