ETNOPSİXOLOGİYA 318
Rusiya. Rusiya əhalisinə görə dünyada səkkizinci yeri tutur.
Bu isə slavyan xalqları içərisində sayına görə ən çox olan ölkədir.
Əhalinin 80,9 %-ni ruslar, ikinci yerdə 3,87%-tatarlar, üçüncü yeri
isə ukraynalılar təşkil edir. Bunlardan başlıca olaraq başqırd-
lar, çuvaşlar, azərbaycanlılar, saxalar, qumuqlar və digərlə-ridir.
Lakin, ruslar bu azlıqların dilin başa düşməsinə baxmayaraq heç
vaxt onların dilində danışmağı sevməz və öz ölkələrində bu dildə
danışan şəxsləri isə tənqid edərlər. Rusların dini inancı çoxluq etibarı ilə Ortadoks xristian
dinidir. Lakin, rusiyada 23 milyon müsəlman vardır. Hansı ki, bu
vəziyyət ruslar tərəfindən heç də müsbət qarşılanmır.
Müsəlmanlıqla yanaşı buddizm və ateizm də geniş yayılmışdır.
Ortadoks xristianlıq, buddizm, yəhudilik və digər etnik dinlər
ölkənin “tarixi mirası” hesab olunur. 2017-ci ildə ABŞ-ın
Beynəlxalq Din Azadlığı Komissiyası Rusiyanı din azadlığının
məhv edilməsi üzrə yeganə ölkə adlanırdı. Bu isə tolerantlığın və
multikulturalizmin məhv olmasına gətirib çıxardır.
Rusiya ayısı rusların şəxsiyyətinin milli identikliyi kimi
müəyyən etdikləri heyvan simvoludur. Lakin, bu təsvirin qərb
kökənli olması və rusların özlərinin sadəcə son dövrlərdə qəbul
etdiyini göstərməkdədir. Hal-hazırda yerli rusiyanın milli
şəxsiyyəti və ya milli ruhu “Ana Rusiya” dır. Bu identikliyi
insanların şüuraltısında möhkəmlətmək məqsədi ilə rusların əksər
əsərlərində və filmlərində ən xırda detal ilə belə göstərməyə
çalışdıqlarının şahidi oluruq.
Milli xarakterin interpretasiyasına olan yanaşmalar içərisində
aparıcı kimi sosial-tarixi yanaşmanı göstərmək olar. Milli xarak-
terin daha çox işlənmiş sosial-tarixi interpretasiyası “Mədəniyyət
və şəxsiyyət” konsepsiyasının da məzmununu təşkil edir. Məsələn,
Kardinerin “təməl şəxsiyyət” ideyası müxtəlif mədəni mühitlərin
təsirilə yaranan köklü şəxsiyyət fərqləri haqqında təsəvvürlərə
əsaslanır.
Nümunə kimi “gizli rus ruhu” tədqiqatını göstərə bilərik.
Məlum səbəblərə görə ikinci dünya müharibəsindən sonraki ilk