Microsoft Word etno kitab son srift 12



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə311/338
tarix25.09.2022
ölçüsü1,89 Mb.
#64101
növüDərs
1   ...   307   308   309   310   311   312   313   314   ...   338
ETNOPSIXOLOGIYA

ETNOPSİXOLOGİYA 
317 
çatdırmaq ilə bağlı bir sıra problemlərlə üzləşmişlər. Hal-hazırda 
ölkədəki rəsmi dil Ukrayna dilidir, lakin ictimaiyyətin bütün 
sferalarında rus-dilindən istifadə edilir və Kırım əhalisinin 12%-i 
kırım-tatar dilində danışır. Nəticədə isə bütün bu uzun müddətli 
problemlər ukraynalıların milli identikliyinin formalaşmasına 
mənfi təsir göstərdi. 
Hal-hazırda ukraynada etnik nüfuzun 77,8%-ni ukraynalılar, 
yerdə qalan hissəsini isə ruslar, belaruslar, maldovalılar, kırım-
tatarları, ermənilər, azərbaycanlılar və s. bir çox etnik millətlər 
təşkil edir. 
Ukrayna mədəniyyəti və fokloruna qonşu ölkələrin təsiri çox 
olduğundan yalnız, ukraynalıların milli xüsusiyyətlərini müəyyən 
etmək çətindir. Paltarların üzərində olan rəng seçimi də qədim 
köklərə və psixoloji mənaya malikdir. Ukrayna qızlarının başlarına 
qoyduqları gül çələngləri milli geyimlərin ayrılmaz hissəsidir. 
Ukrayna xalqı bu güllərin psixoloji mənasını qadınların sahib 
olduğu gözəllik rəmzi ilə əlaqələndirirlər.
Ukrayna xalqının milli xarakterində mehribanlıq və istiqan-
lılıq xüsusiyyətləri vardır. Eyni zamanda yüksək qonaqpərvərlik 
keyfiyyətlərinə sahibdirlər. Qonaq üçün əllərindən gələn köməyi 
əsirgəməz və qonağın məmnun qalması üçün çalışarlar. Həmçinin 
çox sadə və mənəviyyata dəyər verən xalq olduqlarını insanların 
davranışından tutmuş yaşayış tərzinə kimi görmək mümkündür. 
Qonaq gedilən evdə ev sahibinin qonaq üçün hazırladığı 
yeməklərdən yeməmək hörmətsizlik kimi qəbul olunur.
Ukraynada salamlaşmaq qeyri-adi səbəblərlə izah olunur. 
Belə ki, iki insan salamlaşarkən heç vaxt qapıda dayanıb 
salamlaşmaz. Bu uğursuzluq əlaməti hesab olunur. Bu səbəbdən 
hər iki şəxsin də eyni tərəfdə olmasına diqqət edirlər. Eyni 
zamanda hava şəraitinin çox soyuq olduğu bilindiyi bu ölkədə, əldə 
əlcək olmasına bamayaraq əlcək ilə salamlaşmaq hörmətsizlik 
əlaməti kimi qəbul edilir. Asiya mədəniyyətində geniş yayılan 
üzdən görüşərkən iki yanaqdan da öpmək adəti həm ruslarda, həm 
də ukraynalılarda yoxdur.



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   307   308   309   310   311   312   313   314   ...   338




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin