Microsoft Word etno kitab son srift 12



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə319/338
tarix25.09.2022
ölçüsü1,89 Mb.
#64101
növüDərs
1   ...   315   316   317   318   319   320   321   322   ...   338
ETNOPSIXOLOGIYA

ETNOPSİXOLOGİYA 
325 
dilidir.
Tarix boyunca dəyişsə də, yunan mətbəxi öz əsrarəngizliyini 
saxlamışdır. Yeməklərində xaricdən gətirilən ədviyyatlardan 
istifadə etməyə üstünlük verirlər. Yunan mətbəxində əsasən zeytun 
yağı, tərəvəz və ədviyyatlar başlıca yer tutur. Balıq və zeytun 
yağını çox işlətdikləri üçün yeməklərinin sağlam olmasını deyə 
bilərik. Yunanıstan bir-birindən ləzzətli zeytun ağaclarına sahib 
olduğu üçün dünyanın öndə gedən zeytun yağı istehsalçısı-
dır.Yunan mətbəxi üçün balığın əhəmiyyətli bir qida olduğu artıq 
məlumdur. Qəlyanaltı mədəniyyətləri olduqca inkişaf etmişdir. 
Quru paxlanı çox sevirlər. Çörəkdən az istifadə edirlər. Pendir və 
kartof qızartmasını süfrələrindən əskik etməzlər. Türklərlə olan ən 
əhəmiyyətli ortaq nöqtələrindən biri də yeməkdən sonra türk 
qəhvəsi içmələridir. 
Yunanların əsas yeməyi günorta yeməyidir. Məsələn, şənbə 
və bazar günləri günorta yeməklərində ailələr bir yerə toplanar. 
Nahar yeməyinin menyusunda pita (yunanların xüsusi çörəkləri), 
ət, balıq və ya tərəvəzlə hazırlanan klassik yemək olur.Dünyada ən 
məşhur yunan yeməyi təbii ki, yunan salatıdır. Digər məşhur yunan 
yeməkləri çaçiki (yoqurt ilə sarımsaq və xiyar), musaka (badımcan 
ilə zapekanka) və suvlakidir (kabab). 
Ümumiyyətlə, yunan mətbəxində tərəvəz vəzeytun yağından 
çox istifadə olunduğu üçün onların yeməkləri ləzzətli olduğu qədər 
faydalıdır. Burada müxtəlif balıq növlərinin də dadına baxmaq 
mümkündür. Yunanıstan mətbəxi yağlı və ətirli yeməkləri üstünlük 
təşkil edir. Yunanlar sağlam qidalansalar da, fastfodları da çox 
sevir. Məsələn,hamının tanıdığı şaurma burada da çox məşhurdur. 
Ümumiyyətlə, yunanların fastfoodları Avropada ləzzəti və 
keyfiyyəti ilə tanınır. Yunanlılar yaxşı yeməyi sevir və bu 
səbəbdənləzzətli mətbəxi çox yüksək qiymətləndirlər. Yunanlının 
ləzzətli suvlaki yemək üçün uzaq bir məsafədə yerləşən restorana 
getməsi adi bir haldır. Doyumlu nahar etdikləri üçün Yunanlıların 
səhər yeməyi yungül olur. Peçenye ilə bir fincan qəhvə normal 
səhər yeməyi sayılır. Preslənmiş kəsmik və qaymaqlı pendirlərdən 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   315   316   317   318   319   320   321   322   ...   338




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin