ETNOPSİXOLOGİYA 324
bilərsiniz.
Həmçinin, Xorvat ənənələri xüsusi qonaqpərvərlik və
səxavətliliyi özündə birləşdirir. Xorvatiya bir katolik ölkədir və
Xorvatiyanın ənənələri həm də dini bayramların qeyd olunması ilə
bağlıdır.
Yaz aylarında bir çox musiqi festivalları olur, çünki
Xorvatiyanın ənənələri musiqi və sevinc rəqsinə özündə ehtiva
edir.
Ölkə zəngin tarixi, ədəbi istedadları və bədii yaradıcılığı ilə
tanınır.Xorvatiyada, olduqca kiçik ərazilərə baxmayaraq, ölkənin
ənənəsinə çevrilmiş və onun əlaməti halına gələn çox sayda festival
və tətil keçirilir.
Albaniyadakı səyyahı maraqlandıran ilk şey albanların
turistlərə qarşı münasibətidir. Albaniyalılar hər hansı bir xarici
turistə çox səmimidirlər. Onlar çox mehriban və qonaqpərvərdir,
səyahətiniz zamanı Albaniyalıların bütün işlərini tərk edərək, sizə
kömək etmək arzusunu tez-tez müçahidə edə bilərsiniz.
Yunanların qəhrəmanı Axillesin anası Fetida (su ilahəsi)
onun dabanından tutub yeraltı suda çimizdirərmiş. Odur ki, onun
bütün bədəni daşbatmaz, dabanı isə zəif imiş. Bu, Axillesin
ölümünə səbəb olur. İndi insanın zəif yerini "Axilles dabanı"
adlandırırlar. Yunanlı Odissey Troyanı tutmaq üçün taxtadan
nəhəng at düzəltdirir və içərisinə yunan döyüşçülərini doldurur.
Troyalılar gecə atı şəhərə çəkib aparırlar. Döyüşçülər gecə atdan
çıxıb darvazaları açır, yunanlar troyalıları məğlub edirlər. Buradan
da "Troya atı" ifadəsi meydana gəlmişdir. Bu isə düşməndən
hədiyyə qəbul etməyin təhlükəli olması deməkdir
Yunanıstan çoxdinli və çoxmillətli dövlətdir.Yunanıstan
vətəndaşlarının əksəriyyəti etnik yunanlardan ibarətdir. Yunan-
lardan başqa bu ölkə vətəndaşları əsasən etnik türklərdən,
slavyanlardan, rumınlardan və albanlardan, qismən isə ermənilər-
dən və qaraçılardan, az sayda isə digər etnik qruplardan ibarətdir.
Yunanıstanda əhalinin 95 % yunanlardır. Sərhəd bölgələrində
yunanlarla yanaşı türklər və albanlarda yaşayır. Dövlət dili yunan