ETNOPSİXOLOGİYA
332
yaxşı davranış, şəxsi ləyaqət, milli heysiyyati hissi digərlərindən
fərqləndirir. Onlar həddən artıq enerjili, ciddi, təmkinli zəncidən
fərqlənirlər. Fulbe ilə iş görmək asandır, çünki, onlar müraciətdə
məlahətlidirlər, başadüşəndirlər. Öz hisslərini qorumaqda və
səbrlilikdə avropalıdan fərqlənmirlər. Bununla yanaşı fulbe ədavəti,
kini çox güclü hiss edir və onu yumşalda bilir. Zəncidən fərqli olaraq
bu əlamətlər onlarda dini fanatizmin inkişafına səbəb olur. Ərəb və
bərbərlərin əksinə olaraq onlar çox namuslu və təmizdirlər. Çətin
həyat onları çox dözümlü, güclü və cəsarətli edib. Bütün köçərilər
kimi, onlar da köhnə ənənələrə sadiqdirlər.
Seneqallar, sererlər, tukuler, mandinqo, bambara, pomorlar,
bijaroslar, solimaslar, tempelər, krular, uasillar, aşantilər (çanada),
eve (Toro), beninin zənciləri biri digərindən xarakteri ilə seçilirlər.
Məsələn, Nigeriyanın cənub-qərbində yaşayan yorublar
xeyirxah, verdikləri sözə sadiq, sadəlövh və saf, əməksevər,
birləşməyə, biliyə, yeniliyə meyilli, qonaqpərvər, xaraktercə şən və
ünsiyyətlidirlər. Dilləri zənginliyi ilə digər zəncilərdən fərqlənir.
Seneqallar əməksevər və dostcanlıdır, melanxolikdirlər. Sererlər
yaxşı əkinçidirlər və qohumluq ana xətti ilə hesablanır. Əksəriyyəti
islam dininə sitayiş etsə də, yuxarı təbəqə katolikdir.
Tukulerlər müsəlman fanatizmi ilə fərqlənir, ağıllı və
enerjilidirlər. Bambara tayfası dinc, qonaqpərvər, ürəyiaçıq,
zarafatcıl, canlı mimikaya malik və ünsiyyətlidirlər. Bijaqoslar
cəsur və qorxmazdırlar, hər hansı fiziki ağrının öhdəsindən
gəlməyə adət ediblər. Biafadalar (Qviniya Bixen) dinc və sülhsevər
xalqdırlar. Solimaslar – susu Qərbi Afrikanın ən sivil xalqlarından
biridir, hörmət kodeksinə hamı tərəfindən ciddi əməl edilir.
Tempelər (Syerra-Leone) zəhmətsevər əkinçidirlər, güclüdürlər,
bacarıqlıdırlar. Seyera-Leonenin zəncilərinin əksəriyyəti qorxaqdır-
lar. Liberiyada yaşayan krular əməksevər, xeyirxah, məğrur, cəsur
və intelligentdirlər, idmançı bədən quruluşuna malikdirlər,
azadlıqsevəndirlər. Əla dənizçidirlər, əməksevərdirlər, çoxarvad-
lılığa meyillidirlər. Qohumluq əlaqələri güclüdür. Hər bir kru
vətənində özünə çox rahat hiss edir.
|