ETNOPSİXOLOGİYA 333
Tuareqlər (Mali, Burkina-Eaco, Niger) inkişafa meyillidirlər,
mürəkkəb ticarət əlaqələrini apara bilir, əqli cəhətdən
qabiliyyətlidirlər, mühakimə etmək, müşahidəçilik onu səhrada
istiqamətlənməyə kömək edir. Qadın sözü ailədə möhkəm və
keçərlidir. Tuaregin hərislik, qaniçənlik, hədsiz qəddarlığı qonşu
tayfalara bəllidir. Onlar müsəlmanların müstəqil ittifaqını yara-
dıblar və Fransanın təcavüzkarlığına qarşı müqavimət göstəriblər.
Cənubi və Şərqi Afrika Saxarada yaşayan yerli əhali arıq, hərəkətli, aclığa, susuzluğa,
yandırıcı günəşə və soyuğa davamlıdır. Daim bir parça çörək
dalınca qaçmaq, sabahkı günlə bağlı qorxu, onlarda birləşməyə
deyil, parçalanmağa, paxıllığa, inamsızlığa və fırıldaqçılığa meyil
formalaşdırırb.
Tuareqlər çox cəsurdurlar, müsəlman qardaşına verdiyi sözə
sadiqdirlər, dostlarının ləyaqətinə hörmətlə yanaşırlar. Səhrada
mövcudluq uğrunda qəddar mübarizə tuaregi bərkitmiş, tamahkar,
qəddar yırtıcıya çevirmişdir. Sifətinin ifadəsini gizlətdiyi örtük həm
də onu tozdan qoruyur. Hər hansı bir əşya və ya minik heyvanın
hər hansı əşyasına görə tuareq adam öldürə bilər. Yalnız yaxşı
silahlanmış və ya təmin olunmuş girov tuareqlərin yanından sağ-
salamat qayıda bilər.
Tubu-te tayfaları köçəri və eyni zamanda xüsusiləşmiş həyat
yaşayır və digər xalqlarla zəif əlaqələr saxlayır. Derdeiq – tubu-te
tayfasının ruhi rəhbəridir. Borku və Kanemin əhalisi yarımköçəri
həyat yaşayır və ruhi rəhbərin ali hakimiyyətini qəbul etmir.
Onların davranışında digər xalqlara qarşı aqressivlik və
təcavüzkarlıq özünü göstərir. Tubular fransız müstəmləkə
idarəçiliyində yaşayıb və digər tayfalardan mədəni davranışları ilə
fərqlənirlər. Tubu hər hansı işdə ağlagəlməz bacarıq göstərir. Çətin
həyat mübarizəsi onları mərhəmətsiz, acgöz və hər şeydən
şübhələnməyə sövq etmişdir. Onları çox nadir hallarda gülən və ya
yoldaşının qayğısına qalan görmək olur. Hərəkətliliyi, dözümlülüyü
ilə fərqlənir. Ehtiyac tubular üçün sərt tərbiyəçidir, ehtiyac onun