ETNOPSİXOLOGİYA 300
Norveçlilər yüngül xasiyyətli, ünsiyyətcil insanlardır. Onlar
qonaqlara öz ölkələrinin gözəllikləri barədə, Norveç dövlətinin
ədalətli quruluşu barədə, Norveç xalqının gücü, cəsarəti və ağlı
barədə saatlarla danışa bilərlər.
Norveçlilər həm ünsiyyət, həm də həyat tərzində çox
sadədirlər. “Siz” yalnız kral ailəsinin üzvlərinə deyirlər. Norveçlilər
müxtəlif ictimai və siyasi təşkilatların, musiqi və ədəbi
cəmiyyətlərinin, idman klublarının üzvləridir. Norveç qadınları çox
iradəli və özünə güvənən qadınlardır. 1978-ci ildə qanun qəbul
edildikdən sonra qadınlar kişilərlə bərabər hüquqlara malik oldular.
Hətta Norveçdə cinslərarası bərabərlik üzrə məhkəmə təsis
edilmişdir. Norveçlilər xəsis deyillər, sadəcə özlərini çox sevirlər
və düşünürlər ki, niyə görə özlərinə əziyyət verməlidirlər.
Norveçlilər özlərini etiket qaydalarından tamamilə azad ediblər.
Onlar “siz” əvəzliyindən imtina ediblər və hər kəsə “sən” deyə
müraciət edirlər. Norveçlilər qucaqlaşmağa və əllə görüşməyə
üstünlük verirlər. Onlar bəzən 3 dəfə yanaqlarını bir-birlərinə
sürtürlər. Norveçlilərin fikrincə bu görüşməyin ən gigiyenik
üsuludur. Norveçlilər sözü üzə deyəndilər. Onlar üçün ən əsası
həqiqəti üzə deməkdir. Norveçlilər üçün qadağan olunmuş
mövzular yoxdur. Onlar çox səmimi olaraq öz ailə problemləri,
intim mövzular, siyasətlə bağlı mövzularda söhbət edirlər. Lakin
maaş və gəlir barədə danışmaq ədəbsizlik sayılır. Norveçlilər
cəsarətlə öz dövlətini və onun siyasətini tənqid edə bilərlər. Lakin
xarici vətəndaşların onların haqqında bunu etməsi qəbul
edilməzdir. Norveçlilər ünsiyyətdə demokratik və qeyri-
rəsmidirlər. Onların dilində “zəhmət olmasa” sözü yoxdur. Bu sözü
“vaer saa snil” və ya “vaer saa gad” (mehriban ol, nəzakətli ol)
əvəz edir. Norveçlilər birlikdə keçirdikləri vaxta görə
minnətdarlıqlarını bildirilməyə qarşı çox həssasdırlar. Norveçlilər
öz sağlamlıqlarına çox həssaslıqla və diqqətlə yanaşırlar.
Norveçlilər heç vaxt evdə oturmurlar. Onlar müxtəlif kurslara,
dərnəklərə, teatra, kinoya gedirlər. Norveçlilər səyahət etməyi çox
xoşlayırlar.