Microsoft Word etno kitab son srift 12



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə293/338
tarix25.09.2022
ölçüsü1,89 Mb.
#64101
növüDərs
1   ...   289   290   291   292   293   294   295   296   ...   338
ETNOPSIXOLOGIYA

ETNOPSİXOLOGİYA 
299 
mədəniyyətin bir hissəsi idi. Xizəklər sırf Norveç xalqının icadı 
deyil, amma müasir Norveç xizək idmanının vətəni oldu. 
Norveçlilər özləri haqqında çox yüksək fikirdədirlər. Onlar 
vikinqlərin nəslindən olduqları üçün ən güclü və ağıllı, 
mülahizələrində isə demokratik və müstəqildirlər. Norveçlilər öz 
şəxsi firavanlıqlarına çox böyük diqqət yetirirlər. Şimal dənizində 
neft tapıldıqdan sonra ölkə çox varlandı və Norveçdə digər 
ölkələrdən fərqli olaraq 1990-cı ildə gələcək nəsillərin inkişafı üçün 
xüsusi fondun təşkil edilməsi barədə qərar qəbul olundu. 
Norveçlilər öz mədəniyyətləri ilə çox fəxr edirlər. Hesab edirlər ki
hər kəs onların məşhur İbsenini, Qamsununu, Qriqini tanımalıdır. 
Onlar başqalarını mühakimə edə bilərlər, onları isə heç kim 
mühakimə edə bilməz.
Heç bir ölkədə Norveç kimi öz dövlət atributlarına bu qədər 
həssas yanaşmırlar. Norveçlilər hər bir yerdə öz bayraqlarını fəxrlə 
asırlar. Hər evin həyətində bayraq üçün xüsusi bir yer var və hər 
səhər sakinlər bayrağı qaldırırlar, axşamlar isə endirirlər. 
Sərt iqlim və heybətli təbiət əhatəsində yaşayış norveçlilərin 
xarakterində bir çox keyfiyyətlər formalaşıbdırıb: təmkinlilik, 
müxtəsərlik, qətiyyətlilik, dözümlülük, lənglik, soyuqqanlılıq və s. 
Norveç xarakterinin vacib xüsusiyyətlərindən biri sülhsevərlikdir. 
Digər bir xüsusiyyət isə biganəlikdir. Lakin norveçlilərin biganəliyi 
neqativ çalarlar daşımır. Onların biganəliyində neqativ heç bir şey 
yoxdur, çünki norveçlilər hər kəsin istədiyi kimi hərəkət etmək 
hüququnu başa düşürlər. Norveçlilər düzgünlüyü sevirlər. Onlar 
həmsöhbətlərinə müəyyən vaxt ərzində gözləri ilə süzürlər, öz 
emosional reaksiyalarını dərhal bildirmirlər və ilk baxışdan insana 
qiymət vermirlər. Eyni zamanda onlarda çox gözəl yumor hissi və 
reaksiyaların cəldliyi insanları təəccübləndirir. 
Norveçlilərin xarakterində səliqəlilik də əsas xüsusiy-
yətlərdən biridir. Onların qayda-qanunlara riayət etməsi hətta 
almanların pedantikliyini üstələyir. Norveçlilərin fleqmatikliyi və 
təmkinliliyi məhz qayda-qanuna sevgilərinin nəticəsidir. Onlar 
ekstravaqantlığı (qeyri-adiliyi), çərənçiliyi, lovğalığı sevmirlər. 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   289   290   291   292   293   294   295   296   ...   338




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin