ETNOPSİXOLOGİYA 260
Hind-Avropa dil ailəsi. Bu dil ailəsi 12 budağa ayrılır: Hind,
İran, Slavyan, Baltik, Alman, Kelt, İtalyan, Roma, Alban, Yunan,
Anadolu, Toxar.
Roman dilləri budağı Roma imperiyasının dağılmasından
sonra latın dilinin danışıq dialektlərindən əmələ gəlmişdir. Bunlar:
İspan, Portuqaliya, Katalon, Fransız, Provansal, İtalyan, Sardin və
Retoraman (Fransız, İtaliyan və Alman dilləri ilə yanaşı, İsveçrənin
dövlət dili), Rumin, Moldav dilindən ibarətdir.
German tayfaları olan Frankların, Almanların, Burqunların
hücumları Qalliyada Roma hakimiyyətinə son qoydu. Burada
Franklar daha möhkəm dövlət yaratmağa müvəffəq oldular.
Fransanın ərazisi Frank dövlətinin əsası oldu. 843-cü ildə Karlın
(Charle le Man) imperiyasının 3 hissəyə bölünməsi etnik
xüsusiyyətləri və dildəki dəyişiklikləri əks etdirir. Müasir Fransanın
ərazisini əhatə edən Qərbi Frank krallığının əhalisi latın dili
əsasında formalaşmış roman dilində, Şərqi Frank Krallığının əhalisi
isə german dilində danışır. Roman dili burada vahid dil deyildir.
Hazırda fransız dilində (ana dili və dövlət dili kimi ) 90 mln-
dan çox əhali danışır. Bundan başqa Belçikanın Valloniya əyalə-
tində Hunsemburqda, İsveçrədə, Kanadanın Kvebek (Quebec)
əyalətində fransız dilində danışırlar. Keçmişdə Fransanın əsarətində
olmuş Afrikada, Asiyada Okeaniyada və Karib dənizi sahillərində
də fransız dilində danışan əhali az deyil.
Fransızların işğüzar üslubu. Fransada həyat şəraiti çox
yüksəkdir. Qərbi Avropa, eləcə də dünya mədəniyyətinin
inkişafında Fransızların müstəsna rolu olmuşdur. Fransada təhsilə
xüsusi əhəmiyyət verirlər. Burada 400-ə qədər ali təhsil müəssisəsi
vardır. Parisdə 13 universitet fəaliyyət göstərir. Fransada ailəyə
gəlir gətirən maddi şeylərin 30-dan çox adı var: maaş, yardım,
qonorar, gəlir və s. Fransızlar yazıçının dövlət qonorarını dövlət
qulluqçusunun maaşından daha mötəbər hesab edirlər (hətta dövlət
qulluqçunun gəliri dəfələrlə çox olsa belə).
Fransızların pula, var-dövlətə özünəməxsus münasibətləri
vardır. Onlar qənaətçilliyi daha düzgün hesab edirlər. Bəzən isə bu