ETNOPSİXOLOGİYA 258
paylamağını, maşın yumağını səmərəli vasitə hesab etmirlər.
Fransızlar ev işlərində yaxından iştirak etməyi kişi işi hesab edirlər,
yəni stol açmaq, qab yumaq, zibil atmaq, ev yığışdırmaq və s. kimi
işlərdə kömək etməyi normal qəbul edirlər.
Nənələrin öz nəvələrinin daim qayğısına qalması qəbul
edilmir. Yalnız şənbə və bazar günləri nəvə ancaq bir neçə saatlığa
nənənin yanında qala bilər. Bundan başqa əgər nənə kənddə
yaşayırsa, nəvə yay tətilini nənəsi ilə birgə keçirə bilər.
Fransızların həyat tərzi. Fransızlar pula qarşı çox tələb-
kardırlar, pul yığmağı xoşlayırlar. Bəzən bu hal onlarda xəsisliyə
çevrilir. Fransızlar riskli işə pul yatırmaqdansa, onu qoruyub-
saxlamağı üstün tuturlar.
Fransızların işgüzar həyatında şəxsi tanışlıq və şəxsi
münasibətlər mühüm yer tutur. Fransızların xarakterindəki fərdilik
ünsiyyətli olmaq halına üstün gəlir. Onlar çay stolu arxasında
oturaraq hər mövzuda səmimi söhbət etsələr də, öz qəlblərini
başqalarına açmağı xoşlamırlar. Fransıza “sən” deyə müraciət
etmək uzun vaxt tələb edər. Onlar özləri ilə başqaları arasında
həmişə müəyyən məsafə saxlayırlar.
Fransada ali təhsilə xüsusi diqqət yetirirlər. Ölkənin ən
görkəmli iş adamları və elitası əsasən məşhur ali təhsil müəs-
sisələrinin məzunları arasından çıxır.
Fransızlar öz ölkələrinin tarixinə, mədəniyyətinə, dilinə çox
ehtiramla yanaşırlar. İşğüzar görüşlər zamanı gərək fransızca
danışmağa çalışasan, bu dili bilmədikdə isə, üzr istədikdən sonra
başqa dildə danışa bilərsən.
Onlar çox dəqiqdirlər və qonağı da təyin edilmiş vaxtda
qarşılamağı xoşlayırlar. Fransızlar mətbəxi özlərinin milli fəxri
hesab etdiklərindən, masanın üzərindəki yeməklərin və içkilərin
keyfiyyətinə də xüsusi fikir verirlər. Stola çox tünd içkilər qoyulur,
sağlıq deyilmir, hesabı da dəvət edən şəxs ödəyir. Söhbətə əsasən
kofe verildikdən sonra başlayırlar. Adətən masa arxasında kino,
sərgilər, kitablar, Fransız mədəniyyəti və incəsənəti, turizim kimi
mövzulardan söhbət edirlər.