ETNOPSİXOLOGİYA 259
Fransanın mədəniyyəti və dini. Fransanın şimalı ilə cənubu
onların tarixi talelərində də fərqlənir. Ölkənin Cənubu Roma
Qalliyasından əmələ gəldiyindən, burada Roma mədəniyyətinin
böyük təsiri vardır. Burada mədəniyyətin əsasını Antik Roma
mədəniyyəti təşkil edir. Bəzi Cənub şəhərlərində hələ də antik
amfiteatrlar, həmçinin rum qullarının tikdikləri möhtəşəm
azverdunlar qalmaqdadır. Marselin əsasını da qədim yunanlar
qoymuşlar. Fransız ənənəvi mədəniyyəti özünəməxsus cəhətlərini
yaşayış məskənlərinin xarakterində, yaşayış evlərinin tiplərində və
milli mətbəxində saxlamışdır. Ölkənin Şimal-Şərq hissəsinin
Pikardiya, Şampan, Lotoringiya və Elzasın düzənlik və təpəlik
rayonları üçün küçə və cərgəvi planlı böyük kəndlər xarakterikdir.
Əkin sahələri az olan hissələrdə isə Bretan, Normandiya,
Akvitaniya və Pravansda kiçik qəsəbələr üstünlük təşkil edir.
Burada kəndli mülkləri bir-birindən hasarlar vasitəsilə ayrılırlar.
Fransa kəndlərində əsasən küçə və paralel sırada düzülmüş
birmərtəbəli evlər geniş yayılmışdır. Fransanın dağlıq rayonlarında
Alp tipli yaşayış evləri geniş yayılıb.
Fransanın əsas dini xristian dinidir. Fransada xristianlığın
qolları protestant və katolikdir. Fransızlar həftənin bir günü kilsəyə
gedərək ibadət edirlər. Fransanın şimalında dinə etiqad cənuba
nisbətən daha çox yayılmışdır. Bundan əlavə Fransada islam dininə
də etiqad edənlər çoxdur. Hal-hazırda Fransa əhalisinin 10%-ni
müsəlmanlar təşkil edir. Bunlar əsasən Afrikadan gələn ərəblər,
misirlilər, tümənlər və əlcəzairlilərdir.
İxtisas ölkə xalqlarının dili. Milli xüsusiyyətlərin formalaş-
masının öz qanunauyğunluqları var və ondan yan keçmək olmaz.
Bunların içərisində xalqın dili ilə onun ruhu arasında birbaşa
bağlılıq vardır. Dil hər bir xalqın öz düşüncəsinin, təfəkkürünün
aynasıdır.
Bir ailəyə daxil olan dillər (dil ailəsinə) öz aralarındakı
müxtəlif dərəcəli qohumluqlarını saxlayırlar. Bununla əlaqədar
olaraq dil ailələri budaqlara, onlar da öz növbəsində qrup və
yarımqruplara ayrılırlar.