Kurs: L Qrup: 202807B



Yüklə 90,71 Kb.
səhifə1/5
tarix02.01.2022
ölçüsü90,71 Kb.
#41863
  1   2   3   4   5
kamil


Azərbaycan Respublikası Təhsil Nazirliyi
Azərbaycan Universiteti

Fakültə: Humanitar Fənnlər

İxtisas: Sosial iş

Kurs: l


Qrup: 202807B

Tələbə:Kamil İsrafilzadə

Müəllim:Nigar Şahhüseynbəyova

Kafedra: İctimai fənlər

Fənn:Sosialogiya

Mövzu:Sosisal ərazi bilikləri

PLAN

GİRİŞ


1. İlkin sosial-ərazi birlikləri anlayışı

2. Şəhərin sosiologiyası

3. Kəndin sosiologiyası

4. Region spesifık sosial-ərazi sistemi kimi

NƏTİCƏ

ƏDƏBİYYAT SİYAHISI



GİRİŞ

İlkin sosial-ərazi birlikləri anlayışı İlkin sosial-ərazi birlikləri (məskunlaşma üzrə birliklər) şəhər, kənd, qəsəbə və ya digər daimi yaşayış məskənlərinin əhalisindən ibarət olan spesifık sosial qrupdur. Məskunlaşma üzrə birliklərin formalaşmasının obyektiv əsası vardır.

Bu halda iki məqama xüsusi diqqət yetirilməlidir:

a) Əmək bölgüsü, işçilərin bu və ya digər əmək növü üzrə bölüşdürülməsi. Əmək növləri həmişə ərazi baxımından lokallaşmışdır ki, bu da daimi yaşayış məskənini formalaşdırır. Bu, öz növbəsində məskənin əhalinin həyat fəaliyyətinin bilavasitə mühitinə çevrilməsini şərtləndirir. Həmin mühit hüdudlarında əhali öz gündəlik tələbatlarını ödəyir. İstənilən yaşayış məskənini sadəcə müşahidə etməklə dediklərimizə əmin olmaq mümkündür.

b) Müxtəlif məskənlərdə (məsələn, şəhər-kənd; kiçik şəhər, iri şəhər; monosənaye mərkəzi-çoxfunksiyalı şəhər məskəni və s.) həyat fəaliyyəti şərtlərinin sosial-iqtisadi, sosial-mədəni baxımdan qeyri-yekcinsliyi.

Məhz bu amillər əsasında konkret məskənin əhalisində qrupyaradıcı sosial əlamətlər formalaşır, ümumi mənafelər təşəkkül tapır. Bu mənafelərin mövcudluğu sosial-ərazi fərqləri faktını bir növ qeydə alır.

Bunun sayəsində konkret məskənin əhalisi demoqrafık xarakterli ümumiliklə yanaşı həm də sosial birliyə çevrilir. Məskunlaşma üzrə birliklərdə formalaşan sosial əlaqələrin tipi mövcud ictimai münasibətlərin xarakterini əks etdirir. Lakin ictimai münasibətlərin ifadəlilik səviyyəsi məlum yaşayış məskənindəki həyat fəaliyyəti şərtlərinin xüsusiyyətlərindən asılıdır. Məskunlaşma üzrə birliklər sosial münasibətlərin ərazi baxımından təzahüründə onların subyektləridir. Onların formalaşmasında məskənlərdəki həyat fəaliyyəti şərtlərinə xas olan fərqlər dərin iz buraxır.

İlkin sosialərazi birliklərinə xas olan iqtisadi, sosial-mədəni proseslər sosiologiya tarixində diqqəti cəlb edən mühüm məsələlərdən biri olmuşdur. Bunu ondan görmək olar ki, şəhərin sosiologiyası, kəndin sosiologiyası kimi sosioloji bilik sahələri təşəkkül tapıb inkişaf etmişdir. İnsanların yerləşməsi ilə sosial inkişaf arasında əlaqənin mövcudluğu faktını sosiologiya XIX əsrin sonu - XX əsrin əvvəllərində kifayət qədər aydın ifadə etmişdir. F. Tönnis, K. Byuxer, R. Makkenzi ərazi birliyini başlıca olaraq bu və ya digər ərazidə insanların birgə yaşaması prizmasından nəzərdən keçirmişlər. Bu halda cəmiyyətdən fərqli olaraq birliyin «lokallığı», digər sosial qrupların formalaşması amillərindən fərqli olaraq, onun «ərazi mənsubiyyəti» ön plana çəkilmişdir. Sosial-ərazi birlikləri sosiologiyanın mühüm kateqoriyalarından biridir. Bu kateqoriya əhalinin sosial diferensiasiyasının müəyyən kəsimidir; elə kəsimi ki, o, cəmiyyətin tarixən şərtlənmiş ərazi-məskunlaşma baxımından təşkili əsasında təşəkkül tapmışdır. Sosial-ərazi birliyi tarixi kateqoriyadır.

Onun meydana gəlməsi şəxsi qan qohumluğuna əsaslanan ibtidai icma quruluşundan sinifli cəmiyyətə keçidlə bağlı olmuşdur. Həmin cəmiyyətin başlıca əlamətlərindən biri də bu olmuşdur ki, o, ictimai məqsədlər üçün əhalini qohum qruplar üzrə yox, eyni bir ərazidə yaşamağa görə ayırmışdır. Məhz bu vaxtdan etibarən insanın yaşayış yeri, eləcə də bütövlükdə əhalinin yerləşməsi sosial determinasiya həlqəsi, eyni zamanda sosial inkişaf amili və mühiti olur. Sosial-ərazi birliyinin ilkin şərti fərdin yaşayış məskəninə spesifik şəkildə bağlılığıdır; bu, öz zahiri ifadəsini daimi yaşayış yeri hadisəsində tapır.

Yaşayış yerinin daimi xarakteri o deməkdir ki, insanların məskunlaşması istehsala «bağlanmışdır», onların yerləşməsi bütövlükdə həmin istehsalın yerləşməsinin ardınca gedir. Yuxarıda qeyd etdik ki, sosial-ərazi birliklərinin formalaşması ilk növbədə əmək bölgüsü, onun növləri ilə şərtlənmişdir. Bu baxımdan tamamilə təbiidir ki, adamların bu və ya digər əmək növlərinə görə bölüşdürülməsi məskənlər səviyyəsində də mövcuddur.

Bunu aşağıdakı məqamlar xüsusilə aydın nümayiş etdirir:

1) işçinin istehsal vasitələri ilə birləşməsi müəyyən ərazi «bağlılığını» nəzərdə tutur;

2) texnikanın və texnologiyanın inkişafı fərdin istehsal prosesinə qoşulmasının xarakterini dəyişdirsə də, bu proses həmişə ərazi baxımından müəyyənlik kəsb edir;

3) işçinin müəyyən əmək növünə bağlanmasının özü onun həm məkan baxımından, həm də sosial münasibət baxımından yerini dəyişməsi imkanlarını məhdudlaşdırır. Deməli, məskunlaşma məsələsinə bəsit yanaşmaq olmaz. Əslində o, insanın həyat fəaliyyətinin bilavasitə mühiti kimi nəzərdən keçirilməlidir. Bu, sosioloji baxımdan o deməkdir ki, birliklərin və şəxsiyyətin social inkişafını determinasiya edən sosial-iqtisadi şərtlər öz funksiyasını təkcə bütövlükdə cəmiyyət səviyyəsində deyil, həm də müəyyən məskən səviyyəsində yerinə yetirir, çünki insan (və bütövlükdə əhali) məhz orada əməyin subyekti, istehsalın subyekti və i.a. kimi çıxış edir. İnsanların həyat fəaliyyəti şərtləri işçinin istehsal vasitələri ilə birləşməsi formasından başlayaraq, məskəndə konkret xarakter daşıyır. Başqa sözlə, bu şərtlər onların sosial inkişafının faktiki əsası funksiyasını yerinə yetirir.

Lakin insanların məskənlərə təkcə bağlanması və məskənlərin onların həyat fəaliyyətinin bilavasitə mühitinə çevrilməsi sosial-ərazi birliyinin əmələ gəlməsi üçün hələ kifayət deyildir. Bu cür birlik yalnız elə bir əsasda təşəkkül tapa bilər ki, müəyyən yerdə insanların həyat fəaliyyəti şərtləri digər yerdəki şərtlərdən fərqli olsun və bu əsasda ümumi mənafelər formalaşsın. Məskənlərdə həyat şəraitində mövcud olan fərqlər bu və ya digər ərazinin, regionun iqtisadi və sosial inkişafındakı bərabərsizliyin təzahürüdür. Bu bərabərsizlik məhsuldar qüvvələrin inkişaf səviyyəsindəki fərqlərlə, ərazilərin təsərrüfat baxımından mənimsənilməsindəki fərqlərlə şərtlənir. Məhz bu əsasda məskənlərdə həyat şəraitindəki fərqlər təkcə iqtisadi sahədə yox, həm də sosial həyat sferasında mövcud olur. Öz ictimai mənasına görə həmin fərqlər sosial-ərazi fərqləri kimi özünü göstərir. Şəhərlə kənd arasındakı fərqlər belə fərqlərin xüsusi halıdır. Sosial-ərazi fərqləri isə həm şəhər məskənləri, həm də kənd məskənləri arasında təzahür edir.

Sosial-ərazi birliyi təkcə şəhərin, aqlomerasiyanın, kəndin əhalisi deyildir. Məskənlər daha mürəkkəb əraziinzibati təşəkküllərinə (rayon, vilayət, respublika) qoşulmuşlar. Belə təşəkküllər də iqtisadi və sosial inkişafın spesifikası baxımından fərqlənirlər. Bu halda sosial-ərazi birliyi iyerarxiyasında məskənlər xüsusi rol oynayır: istənilən inzibati vahid müstəvisində sosial-ərazi fərqlərinin əsasında həmişə yaşayış məskənlərində həyat şəraitinin vəziyyəti dayanır. Həmin yerlərdə həyat şəraiti sosial inkişafın bilavasitə əsası olur. Buna görə də ayrıca məskənin əhalisi ilkin sosial-ərazi birliyi kimi çıxış edir. İlkin sosial-ərazi birliklərinin məcmusu isə obyektiv surətdə sosialərazi strukturunun aşağı, ilkin səviyyəsini təşkil edir.




Yüklə 90,71 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin