Kurs: L Qrup: 202807B


Region spesiflk sosial-ərazi sistemi kimi



Yüklə 90,71 Kb.
səhifə5/5
tarix02.01.2022
ölçüsü90,71 Kb.
#41863
1   2   3   4   5
kamil

Region spesiflk sosial-ərazi sistemi kimi

Region xüsusi tədqiqata ehtiyacı olan sosial-ərazi sistemidir. Regionun sosioloji anlamı bunu əsas tutur ki, region onun hüdudlarında yaşayan əhalinin təşkilinin sosialməkan ümumiliyinə malik olmalıdır. Region təbii şəraitinin özünə-məxsusluğu, istehsalın təşəkkül tapmış ixtisaslaşması, məhsuldar qüvvələrin, istehsal infrastrukturunun inkişafının müəyyən səviyyəsi ilə fərqlənir, habelə spesifık sosial struktur və infrastrukturla, əhalinin spesifik həyat tərzi ilə səciyyələnir. Təbii şərtlərin ərazi diferensiasiyası əməyin ictimai (ərazi) bölgüsünün 41 təbii əsasını təşkil edir; bu bölgü əhalinin spesifik sosial həyat şəraitində və sosial simasında tarixən təsbit olunur və davam edir1 .

Regionun müxtəlif tipləri vardır. Belə ki, mikroregionlardan, kiçik regionlardan başlamış təbii-təsərrüfat əlamətlərinə [97 - 98] görə bir sıra ərazi-iqtisadi rayonları və onların hissələrini birləşdirən zonalara qədər müxtəlif səviyyəli tipləri ayırd etmək olar. İstənilən tipə aid olan regionun sosial siması bütövlükdə cəmiyyətin sosial simasının ən ümumi cəhətlərinin spesifik təzahürüdür; o, eyni zamanda özünün konkret xüsusiyyətlərinin məcmusu ilə daha zəngindir.

Bu halda nəzərə almaq lazımdır ki, regionun sosial siması aşağıdakıları əks etdirir:

- cəmiyyətin sosial münasibətlərinin maddi-iqtisadi bazasının ərazi təşkilini;

- onun ərazisində yaşayan əhalinin demoqrafık, entik, təsərrüfat və s. xüsusiyyətlərini . Ölkəmizin müxtəlif regioniarının tarazlı inkişafını təmin etmək ən ciddi problemlərdən biri olaraq qalır.

Bunun üçün regionların təsərrüfat-iqtisadi, mədəni-məişət, milli-etnik və s. xüsusiyyətləri, əhalinin həyat fəaliyyətinin müxtəlif formaları hərtərəfli araşdırılmalıdır:

Region əhalinin yerləşməsinin iki əsas formasının - şəhərin və kəndin sosiologiyasının inteqrasiyaedici obyektidir. Sosial-ərazi birliyi forması kimi regionun sosioloji baxımdan öyrənilməsi şəhərin və kəndin yaxınlaşmasının sosial qanunauyğunluqlarını, bu prosesdə urbanizasiya və miqrasiyanın rolunu, yeni məskunlaşma aqlomerasiyası formalarının insanın əmək və məişət fəaliyyətinin şərait və məzmununa, həyat tərzinə təsiri xüsusiyyətlərini öyrənməyi nəzərdə tutur.

Nəticə

Əhalinin sosial təkraristehsalında miqrasiya müəyyən iz buraxır. Sənayenin inkişafı, daha geniş sferada əmək tətbiq etmək imkanı, həyat səviyyəsi və s. miqrasiya axınlarının əsas istiqamətlərini formalaşdırmışdır. Keçmiş SSRİ məkanında keçən əsrin 20-ci illərinin ortalarından başlayaraq şəhər əhalisi kənd əhalisinin hesabına əhəmiyyətli dərəcədə artmışdır. 1926-90-cı illərdə şəhərə gələnlər və onların nəsilləri ölkədə şəhər əhalisinin 2 /3 hissəsindən çoxunu təşkil etmişdir. Nəticədə kəndlərin bir çoxunda cins-yaş strukturu qeyri-tarazlı olmuşdur (qadınlar və yaşlı əhali hesabına). 70-80-ci illərdə müəyyən sabitləşmə meylləri olmuş, əhalinin kəndə miqrasiya axını bir qədər artmışdır. Lakin şəhərə miqrasiya üstün meyl olaraq qalır. Bir çox sosioloqlar bunu mütərəqqi meyl hesab etsələr də, ciddi təsərrüfat və sosial itkilərə diqqəti cəlb edirlər. Ona görə də səmərəsiz miqrasiya sosialiqtisadi və mədəni-məişət tədbirləri ilə nizamlanmalıdır



ƏDƏBİYYAT SİYAHISI

1. Abdullayev E. Dağlıq Qarabağ problemi beynəlxalq hüquq müstəvisində. B., 2004.

2. Abdullayev Ə. . Dil, siyasət, sosial tərəqqi. B., 1985.

3. Abbasova Q. Y. Elmin və təhsilin sosiologiyası. B., 2002.

4. Abbasova Q., Hacıyev Z. Sosial fəlsəfə. B., 2001.

5. Ağayev T. B. Sosiologiyaya dair sxemlər. B., 2002.



6. Azərbaycan Respublikasının Konstitusiyası. B., 1995.

7. Azərbaycan Respublikasının ailə məcəlləsi. B., 2006.
Yüklə 90,71 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin