Kurs: L Qrup: 202807B



Yüklə 90,71 Kb.
səhifə3/5
tarix02.01.2022
ölçüsü90,71 Kb.
#41863
1   2   3   4   5
kamil

Şəhərin sosiologiyası

Əhalinin yerləşməsi öz təbiətinə görə məlum ətalətə malikdir. Belə ki, onun strukturunun dəyişilməsi adətən çox zəif gedir, tarixi inkişaf meyllərinin, regional, milli adət və ənənələrin təsirinə məruz qalır. Sosiologiyada əhalinin yerləşməsinin şəhər, kənd və region kimi formalarını fərqləndirirlər. Bunları sosialərazi birliklərinin başlıca ünsürləri kimi ayırd etmək və nəzərdən keçirmək olar. Bunlar «mürəkkəb ərazi təşəkkülləri olub, təbii və maddi-əşyavi kompleksləri, habelə bir-biri ilə qarşılıqlı surətdə bağlı olan bu komplekslər əsasında istehsal, bölgü, mübadilə və istehlak prosesində təkrar istehsal edən, yəni fəaliyyət göstərən və inkişaf edən insanların məcmusunu birləşdirirlər» . Şəhər insanların yerləşməsinin ərazi baxımından təmərküzləşmiş formasıdır.

Şəhər əhalisi əsasən qeyri-kənd təsərrüfatı əməyi ilə məşğul olur. Şəhər üçün əhalinin əmək və istehsaldan kənar fəaliyyətinin rəngarəngliyi, sosial və peşə baxımından qeyri-yekcinslik, spesifık həyat tərzi xarakterikdir. Müasir şəhər ən əvvəl sənaye, nəqliyyat, xidmət sahəsində istehsal funksiyalarının təmərküzləşdiyi yerdir. Şəhərin müxtəlif tipləri mövcuddur; onların inkişafı üçün adətən müxtəlif funksiyaların (istehsal, ticarət, inzibati, hərbi, elmi, dini və s.) baza təşkil etməsi, yaxud əlaqələndirilməsi xarakterik cəhətdir. Müasir şəhərin spesifik funksional strukturu və əhali məşğulluğu vardır. Onun bu xüsusiyyətlərini aşağıdakı cəhətlər tamamlayır:

Birincisi, nisbətən kiçik ərazidə xeyli əhali kütləsinin təmərküzləşməsi ilə, deməli, yüksək əhali sıxlığı ilə bağlı məskunlaşma xüsusiyyətləri;

İkincisi, şəhərin siması ilə, spesifık şəhər mühiti ilə şərtlənən arxitektura-planlaşdırma xüsusiyyətləri; tikililərin nisbi kompleksliliyini xarakter xüsusiyyət hesab etmək olar.

Üçüncüsü, əhalinin sosial strukturu və şəhər həyat tərzi ilə sosial cəhətdən şərtlənmiş xüsusiyyətlər;

Dördüncüsü, hüquqi xüsusiyyətlər; şəhərlər bir qayda olaraq, yaxın ərazilərin siyasi-inzibati mərkəzləridir .

Respublikamızın şəhər şəbəkəsi nisbətən mürəkkəb xarakterə malikdir. Onun inkişafına xas olan aşağıdakı əsas cəhətləri qeyd etmək olar:

1. Şəhərlərin böyüməsi. Bu böyümə müxtəlif istiqamətlidir. Şəhərlərin böyüməsinə bazar münasibətlərinin qərarlaşması və inkişafı da müəyyən təsir göstərmişdir.

2. İri çoxfunksional şəhərlərin, xüsusən Bakının tərkibinin genişlənməsi və şəbəkəsinin inkişafı.

3. Xüsusən iri şəhərlər zonasında şəhər aqlomerasiyalarının yaranması.

4. Şəhər məskən tipinin əhalinin əksəriyyəti üçün xarakterik olması. Statistika göstərir ki, 1970-ci ilə qədər respublikada şəhər əhalisi kənd əhalisi ilə müqayisədə azlıq təşkil etmişdir.

1970-ci ildə əhalinin şəhər və kənd üzrə bölgüsündə tarazlıq yaranmışdır. Həmin ildən etibarən şəhər əhalisinin sayca artması kiçik istisnalar nəzərə alınmazsa, sabit meylə çevrilmişdir. Aşağıdakı cədvəl ayrı-ayrı illərdə şəhər və kənd əhalisinin nisbəti barəsində aydın təsəvvür yaradır

4 . Müasir şəhərin özünəməxsus problemləri vardır. İri şəhərlərin qeyri-mükəmməlliyi, istehsalın yerləşdirilməsində və genişləndirilməsində yol verilən nöqsanlar, miqrasiya və demoqrafıq proseslərin kortəbiiliyi, şəhərsalma xarakterli qüsurlar ekologiyadakı pozuntular, monosənaye şəhərlərində əhalinin cins-yaş strukturundakı müəyyən disproporsıyalar, xidmət sahəsınin ən ciddi müasir tələblərə cavab verməməsı, bir sıra hallarda cəmiyyətəzidd halların geniş yayılması aılə-nikah münasibətlərindəki nizamsızlıqlar və s. bu qəbildəndir Bunlar xeyli dərəcədə səhərin spesifikası ilə bağlıdır.




Yüklə 90,71 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin