Microsoft Word etno kitab son srift 12



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə239/338
tarix25.09.2022
ölçüsü1,89 Mb.
#64101
növüDərs
1   ...   235   236   237   238   239   240   241   242   ...   338
ETNOPSIXOLOGIYA

ETNOPSİXOLOGİYA 
245 
axtarıb tapa bilirlər. 
Qeyd etmək lazımdır ki, yumor Böyük Britaniyanın 
həyatında çox vacib rol oynayır. Buna görə də, ingilislərlə görüşə 
hazırlaşarkən, zarafatlara və məzəli hekayələrə üstünlük vermək 
məsləhətdir. İngilislər özünü tənqid etmək üçün, hakim dairənin 
ünvanına birbaşa və yumşaq tənqidlər üçün yumordan istifadə 
edirlər. İngilislər dəqiqdirlər. Onların dürüst sözünə etibar etmək 
olar. 
İngiltərədə söhbətə hava şəraitinin, idman xəbərlərinin, 
hobbilərin və s. müzakirəsi ilə başlamaq məsləhətdir. İngilis 
xalqına, onların ideallarına və dəyərlərinə yaxşı münasibət 
göstərməyi xüsusilə qeyd etmək vacibdir. Həmsöhbətin meylləri və 
vərdişləri haqqında əvvəlcədən məlumat əldə etmək məsləhətdir. 
İngilislər ünsiyyətdə ilk öncə, olduqca rəsmi olaraq davranırlar, 
amma ilk 2-3 görüşdən sonra adı ilə çağırmağa başlayırlar və 
özlərini rahat hiss edirlər: pencəklərini çıxardırlar, qollarını 
qatlayırlar və s. Yalnız ilk görüşdə əl verib görüşmək qəbul edilir, 
sonra isə şifahi Salamlaşma kifayət edir. 
İngilislərin daha bir əsas xüsusiyyəti odur ki, həmsöhbətini 
səbrlə dinləyir, onun sözünü kəsmir, tərəfdaşa etiraz etməmək, 
həmişə onunla razılaşmaq demək deyil, onu inandıra bildiyinə 
dəlalət etmir. Buna görə də ingilislərlə səssiz qalmaqdan qorxmaq 
lazım deyil. Əksinə, uzun-uzadı, fasiləsiz və dayanmadan danışmaq 
ünsiyyət qaydalarını kobud şəkildə pozmaq və öz fikrini zorla 
qəbul etdirmək kimi dəyərləndirilir. 
İstənilən hər hansı bir şəxsiyyətlərarası qarşılıqlı 
münasibətlər kommunikasiyada iştirak edənlərin məqsədlərinə 
çatdıran və ya mane olan amillərin təsirinə məruz qalırlar. Belə ki, 
bir mədəniyyətin daşıyıcıları arasında kommunikativ gözləmələrin 
normaları az və ya çox dərəcədə eynicinsli olsa da, fərqli 
mədəniyyət daşıyıcıları arasında əhəmiyyətli dərəcədə fərqli olur. 
Buna görə də müxtəlif mədəni məkanlardakı bu və ya digər uğurlu 
qarşılıqlı təsir strategiyaları eyni və ya universal ola bilməz. 
Məqsədin əldə olunmasına mane olan və ya onu çətinləşdirən risk 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   235   236   237   238   239   240   241   242   ...   338




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin