ETNOPSİXOLOGİYA 248
gözləri və bir qədər önə gələn dişləri vardır. İngilislərin arasında
tez-tez ifadəsiz üzlərə rast gəlinir. Onlar həm işdə, həm də zövq
seçimlərində astagəl olmaqları ilə seçilirlər. İngilislərdə “özünü
göstərmək” xüsusiyyəti demək olar ki, yoxdur. Onlar, hər şeydən
öncə və daha çox özləri üçün yaşayırlar. Səliqəyə, rahatlığa, zehni
fəaliyyətə sevgisi onun təbiətinə xas xüsusiyyətdir. O, yaxşı
nəqliyyatı, təzə kostyumu və zəngin kitabxananı sevir.
İnsanların arasından əsl ingilisi seçmək çətin deyildir. Heç bir
səs, hay-küy ona təsir edə bilməz. İngilis bir dəqiqə də olsa
dayanmaz. O, harda lazım olarsa ordan da ehtiyatını gözləyər,
trotuardan dönər, kənardan gedər və öz dəyərli fizionomiyasında
azacıq da olsa qorxu və ya təəccübünü bildirməz.
İngilislərdə aşağı təbəqənin nümayəndəsi olduqca dostcanlı
və qulluq etməyi sevəndir. Əcnəbi hər hansı bir adi sualla müraciət
etdikdə ingilis məsələnin həllini öz boynuna götürər və müxtəlif
tərəflərdən ona yolu izah edər, eyni şeyi dəfələrlə təkrar edər, sonra
isə uzun müddət arxasınca baxar ki, özü də inanmadan, qarşı tərəf
sualın cavabını necə oldu ki, belə tez başa düşdü.
İngilislər həm bütün maneələri keçə, qırıqlardan qaça bilir,
həm də işlərini tamamilə sakit görürlər, belə ki, hətta ən yaxın
qonşu da qonşuluğunda çox nəhəng bir işin görüldüyünün fərqinə
varmır.
Güclü küləklərin, yağışın və dumanların olduğu ölkədə elə
bir şərait yaradılıb ki, insan heç yerdə burda olduğu kimi öz
yaxınlardan uzaq düşməyib və öz evi ilə birləşməyib.
Avropada elə bir xalq yoxdur ki, adətlər ingilislərdə olduğu
qədər toxunulmaz qanunlarda əks olunsun. Əgər adət varsa, o nə
qədər qəribə, qarışıq və original olsa da, heç bir yaxşı tərbiyə
olunmuş ingilisin onu pozmağa cürət etməz. Baxmayaraq ki, ingilis
siyasi baxımdan azaddır, o, ictimai nizama və köklü adətlərə ciddi
əməl edir.
İngilislər yad fikirlərə qarşı səbrlidirlər. Bu xalqın bəhs
etməyə olan sevgisinin nə dərəcədə güclü olduğunu təsəvvür etmək
çətindir. Klubların sayının artması da fenomen sayılır. Klub