Microsoft Word etno kitab son srift 12



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə235/338
tarix25.09.2022
ölçüsü1,89 Mb.
#64101
növüDərs
1   ...   231   232   233   234   235   236   237   238   ...   338
ETNOPSIXOLOGIYA

ETNOPSİXOLOGİYA 
241 
özünəhörmət, dürüstlük və fədakarlıq, xeyirxahlıq, zərif davranışlı, 
kübarlıq, yaxşı iş üçün zaman və pul xərcləyən, idarə etməyi və 
tabe olmağı bacaran, qarşıya qoyulmuş məqsədə çatmaqda əzmli, 
səs-küyü və öyünməyi sevmirlər.
Bununla bərabər, ingilislərlə gündəlik ünsiyyətdə ingilis milli 
xarakterini anlamaq çox vaxt çətin olur. Burada konformizm və 
individualizmin, qəribəlik və yatımlılıq, xoşüzlülük və qapalılıq, 
yadlaşma və şəfqətlilik, sadəlik və fəxrlilik (snobizm) kimi 
paradoksların qəribə birləşməsi vardır. 
İngilis milli xarakteri alman və fransızdan əsaslı şəkildə 
fərqlənir. İngiltərənin siyasi fəaliyyəti, sərbəst möhürü, dənizdə 
ağalığı və nəhəng sənayesi o qədər genişləndirilib ki, hər bir milli 
xarakterini daşıyan insan ən sakit qərar verməklə bərabər enerjili və 
həlledici işgüzarlıqları ilə seçilirlər (F.Engels).
Böyük Britaniyanın sakinlərinin mühüm psixoloji xüsusiyyəti 
onların yüksək praktikliyidir. Müşahidələrə əsasən qeyd edilir ki, 
onlar həyat və fəaliyyətlərində hədəf tutduqları praktik 
məqsədlərdən başqa heç nə görmür. Sənaye-ticari fəaliyyətlə 
uzunmüddətli fəal iştirakı həm yüksək praktiklik, həm də nəzəri və 
mücərrəd biliklərə məlum laqeydlik gətirdi. Bu isə, öz növbəsində, 
abstraktlıq hesabına vizual qabiliyyətlərin və obrazlı düşüncənin 
güclənməsinə kömək etdi. Bir çox tədqiqatçılar qeyd edirlər ki, 
ingilislərin qeyri-maddi (gözlə görülməyən) kateqoriyalar 
ingilislərə aydın deyil, onlar yalnız görüb və duyduqlarını 
anlayırlar, ingilislərdə təsəvvür zəifdir və abstraktlaşdıra bilmirlər. 
İngilislərin bütün elmi fənnləri onların praktik əhəmiyyətinə görə 
nəzərə alınır. Həqiqət onlar üçün yalnız konkret ifadə formasında 
mövcuddur. Əgər yüksək praktiklik, əməksevərlik və işgüzarlıq, 
mübahisəsiz olaraq, ingilislərin milli xarakerinin müsbət 
cəhətləridirsə, onda nəzəriyyəyə laqeydlik, zəif təsəvvür və 
abstraklaşdırmayı bacarmamaq onların kompromisə meylliliyini 
gücləndirir. Tarix göstərir ki, qismən də olsa, lakin əhəmiyyətli 
nəticələr əldə etmək üçün ingilislər uzaq perspektivdə onlara zəif 
təsvir olunan mücərrəd prinsipləri qurban verməyə hazırdırlar.



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   231   232   233   234   235   236   237   238   ...   338




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin