ETNOPSİXOLOGİYA 238
formalaşmasında , milli xarakterin möhkəmlənməsində müstəsina
əhəmiyyət kəsb edir. Hər bir xalqa məxsus olan etnik-psixoloji
xüsusiyyətlər məhz bayramlar, adət -ənənələr vasitəsilə nəsildən –
nəsilə ötürülərək yaşadılır və qorunub saxlanılır.
Bayram sözü –ivrit dilində “xaq“ mənasını ifadə
edir.Yəhudiliyin əsas kitabı olan Tövratda xaq adı ilə yalnız
Pesaxın , Şavoutun və Xanukanın adı çəkilir.Hər üç bayram öz
məzmununa görə , bit tərəfdən yəhudilərin tarixini , dinini digər
tərəfdən isə onların təbiətə ,əməyə münasibətini ifadə edən
bayramlardır.Xalqın öz tarixində baş verən hadisələrdən nəyi
əbədiləşdirməsi , yadda saxlaması və gələcək nəslə ötürməsi həmin
xalqın psixologiyasından xəbər verir.Belə demək olar ki . hər bir
xalqın öz bayramlarını yaşatması və qeyd etməsi , eləcədə onların
gələcək nəslə ötürülməsi həmin xalqın özünüdərki üçün ən yaxşı
vasitədir. Gənc nəsil üçün isə bu həm də etnik identifikasiya və
inkulturasiya prosesidir.İmperialist təmayüllü dövlətlərin bəzi
ölkələrə və xalqlara qarşı apardığı etnosid siyasət əksər hallarda
milli və dini bayramların gerilik, cəhalət halları kimi təqdim
olunması ilə müşayət olunur.Bayramlar sosial mahiyyət kəsb edən
psixoloji hadisədir. Belə ki qrup psixologiyası üçün səciyyəvi olan
sosial-psixoloji hadisələr bayramlarda özünü göstərir.Yəhudi
bayramlarında ailənin bütün üzvləri yaşlılardan tutmuş uşaqlara
qədər hamı yaxından iştirak edirlər.Bayram ərəfəsində hər bir kəsin
təmiz və yaraşıqlı paltarlar geyinməsi , uşaqlara pul və başqa
hədiyyələrin verilməsi , qonaq qəbulu və qonaq getmək, xüsusi
olaraq bayram süfrələrinin bəzədilməsi əslində qan yaddaşının
möhkəmləndirilməsinə və tarixin nəsildən-nəsilə ötürülməinə
xidmət edən vasitədir.
Şabbat- sözü “ hər cür fiziki fəaliyyətin dayandırılması “
mənasını ifadə edir. İş həftəsinin sonunda hər bir yəhudidən icra
olunması tələb olunan dini ritualdır.Şabbatı yəhudilər özlərinin
həftəlik bayramı hesab edir və onu il ərzində 53 ( 54 ) dəfə qeyd
edirlər. Yəhudi təqvimi ilə sutka günəş batdıüdan sonra başlayır.
Ona görə də Şabbata cümə günü günortadan sonra hazırlıq görülür