Baki dovlət universiteti sabah qruplari



Yüklə 0,69 Mb.
tarix02.01.2022
ölçüsü0,69 Mb.
#39773
MƏDƏNİYYƏT

BAKI DÖVLƏT UNİVERSİTETİ SABAH QRUPLARI

NURANƏ RZAYEVA

MƏDƏNİYYƏT

Mədəniyyət nədir?

  • Mədəniyyət – insanın və cəmiyyətin inkişafının müasir səviyyəsi, insanın yaratdığı və nəsildən-nəsilə ötürdüyü maddi və mənəvi dəyərlər.
  • "Mədəniyyət" anlayışının latın dilindən tərcüməsi "julture" – "becərmək", "bəsləmək", "yaxşılaşdırmaq" deməkdir. Bu sözün ilkin mənası – torpağın becərilməsi, əkinçilik, torpağın işlənilməsi idi. Tədricən insanların fəaliyyət dairəsi genişləndi və "mədəniyyət" sözü daha geniş bir məna daşımağa başladı: maarifçilik, savad, tərbiyə.
  • Mədəniyyət sözü həmçinin "Mədinə" sözündədir və mənası "şəhərsalma" anlamına gəlir.
  • Məşhur rus dilşünası Vladimir Dal özünün "İzahatlı lüğət"ində yazır:"Mədəniyyət – işlədilmə, becərmə, üzərində çalışmadır, bu əqli və əxlaqi savaddır".
  • Mədəniyyət fenomenini təhlil edən F.Hegel ona "insan tərəfindən yaradılmış ikinci təbiət" adını vermişdir. Mədəniyyət – təbiət tərəfindən bizə bəxş edilmiş sərvətdir, insanlar tərəfindən yaradılmış və toplanılmış maddi və mədəni dəyərləri, bizi əhatə edən təbiəti qiymətləndirmək üçün bizə verilmiş şansdır.
  • Mədəniyyət – hər bir insanın az və ya çox dərəcədə əldə etdiyi bilik və vərdişlər, ictimai və istehsalat həyatı, savad və tərbiyə, yaradıcılıq və mənəvi-əxlaqi fəallıqdır. Eyni zamanda, buraya insan tərəfindən yaradılmış sərvətlər (o cümlədən maddi sərvətlər) də daxildir.

Mədəniyyətin tarixi mərhələləri

  • Müasir mədəniyyətşünaslıqda mədəniyyət tarixinin aşağıdakı mərhələləri təsnif edilir:
  • İbtidai icma mədəniyyəti ( b.e. 4 min il əvvəl );
  • Qədim Dünya mədəniyyəti ( b.e.4 min il əvvəl — b.e.V əsrinə qədər );
  • Orta əsrlər ( V—XIV əsr.);
  • İntibah Dövrü ( XIV—XVI əsr.);
  • Yeni Dövr ( XVI ax.—XIX əsr.);
  • Ən Yeni Dövr ( XIX ax. — h.h. dövr ).

Mədəniyyətin tərkib hissələri

  • Təsvirlik sənəti
  • Qrafika
  • Rəssamlıq
  • Heykəltəraşlıq
  • Musiqi
  • Memarlıq
  • Teatr
  • Kinemotoqrafiya və s.

Mədəniyyətin formaları

  • Elitar mədəniyyət: imtiyazlı təbəqə və onun sifarişi ilə yaradılan mədəniyyət nümunələri (zərif incəsənət, klassik musiqi və ədəbiyyat). "İncəsənət incəsənət üçündür" şüarı elitar mədəniyyətin devizidir. Mədəniyyətin bu formasını yaradanlar mədəniyyətin diktəedicisi hesab edilir.
  • Xalq mədəniyyəti - mənşəyinə görə bu forma həvəskar və ya kollektiv mədəniyyət forması adlanır. Xalq mədəniyyəti folklor ədəbiyyatı özündə birləşdirir (miflər, əfsanələr, dastan və nağıllar, nəğmə və rəqslər). Xalq mədəniyyəti konkret yerli ənənələrlə əlaqədardır.
  • Kütləvi mədəniyyət - yaşayış yerindən asılı olmayaraq bütövlükdə insanların təlabatı nəzərdə tutulur. Kütləvi mədəniyyət ilk növbədə ticarət-qazanc məqsədlərinə yönəldilir, onun daima fəaliyyətdə olması nəzərdə tutulur
  • İqtisadi mədəniyyət - cəmiyyətin iqtisadi mədəniyyəti ümumi mədəniyyətin maddi əsası, fəaliyyət növlərinin aparıcısıdır.
  • Siyasi mədəniyyət - siyasi proses subyektlərini bilavasitə öz fəaliyyətində göstərən, varislik əsasında cəmiyyətin siyasi həyatının təzələnməsini təmin edən, tarixən təşəkkül tapmış dayanıqlı sərvətlərin və istiqamətlərin davranış modelləri sistemidir.

Mədəniyyətin funksiyalari

  • Mədəniyyətin əsas funksiyası - humanist insani funksiyadır. İnsan mədəniyyət nümunələri yaradaraq bəşər tarixinə töhfələr verir, sonda onun yaratdığı mədəniyyət yenə də insanın, cəmiyyətin xidmətində durur.
  • İnformativ—kommunikativ (sosial təcrübənin ötürülməsi) - heç bir mədəniyyət təcrid olunmuş halda mövcud deyildir və mədəniyyətlər bir-birinə qarşılıqlı təsir göstərir, başqa adamların, nəsillər və mədəniyyətlərin təcrübəsini mənimsəyir.
  • Mədəniyyətin mühüm funksiyalarından biri də idraki-qnoseoloji funksiyadır
  • Mədəniyyətin normativ-requlyativ (nizamlayıcı-tənzimləyici) funksiyası. Bu funksiya insanların ictimai və şəxsi fəaliyyətinin müxtəlif növ və cəhətlərinin, davranışının nizamlanması ilə əlaqədardır.
  • Semmiotik, yaxud işarələr funksiyası. Müəyyən işarələr sisteminin köməyi ilə mədəniyyət nümunələri öyrənilir, əxz edilir. 

Mədəniyyətdə dəyişikliklər

  • Hesab edilir ki, mədəniyyətdə dəyişiklər üçün aşağıdakı iki şərt mütləq olmalıdır. Onlara bəzən aksiomlar da deyirlər:
  • İstəilən dəyişikilikləri şərait tələb edir;
  • Dəyişikliklər üçün müvafiq tərkib hissələri toplanmalıdır.
  • Həmçinin aşağıdakı faktorlar olmasa dəyişiliklər baş verə bilməz:
  • Təbii ehtiyatlar
  • Mədəniyyətlərin təması
  • Bir-birindən dəyərlənmə
  • İstehsalatda müvafiq texnologiyalar
  • Müvafiq təşkilati strukturlar
  • Düşüncələrdən keçmələr
  • Rasionallıq

TƏŞƏKKURLƏR

TƏŞƏKKURLƏR


Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin