ETNOPSİXOLOGİYA 239
və günəş batdıqdan sonra başlanır.Yəhudi şüurunda və
psixologiyasında Şabbat önəmli yer tutur. Bu heç də təsadüfi
deyildir. Belə ki , Hz.Musaya Sina dağında Allah tətəfindən verilən
on əhdin dördüncüsü Şabbata riyayət etməklə bağlıdır. Şabbat
iudaizmin və yəhudinin ən əsas atributudur.Onu yəhudi inamının
dirəyi və yəhudiliyi bu günkü günə qədər qoruyub saxlayan ən əsas
vasitə hesab etmək olar.Şabbat –iudaizmin ən əsas anlayışı kimi
Tövratda və Talmudda ən çox təkrar olunaan dini ritualdır. Şabbat -
insanlardan öz fəliyyətlərini dayandırmasını və istirahət etməsini
tələb edir. Hal-hazırda İsraildə insanlar Şabbatın icra olunması
məsələsində iki mövqeydən çıxış edirlər.Birinci qrupa daxil olanlar
hətta telefon zənginə də cavab vermir , bütün məişət məsələlrini
proqramlaşdırılmış texniki imkanlar daxilində gerçəkləşdirən
ortodoksal yəhudilər daxil edilir.İkinci qrupa isə həyatını adəti üzrə
davam etdirən və öz fəaliyyətini məhdudlaşdırmayan dünyəvi
yəhudilər daxildir. Təbii olaraq ortodoksal yəhudilərin sıx yaşadığı
şəhərlərdə, dünyəvi yəhudilərin şabbatı gözləməmələri ucbatından
tez-tez konfliktlər baş qaldırır.
Şabbatın - Allah buyruğu olaraq yalnız istirahət günü kimi
başa düşmək düzgün deyildir. Bu cür yanaşma onun daha dərin
qatlarda yerləşən psixoloji məqamlarının dərk olunmmamasına
səbəb olar. Belə ki ,6 gün ərzində işləməyən şəxsin istirahət etməsi
nə dərəcədə düzgündür ? Ona istirahət lazımdırmı ?
Şabbat Yəhudilerin ən qədim və köklü bayramıdır.
Yəhudilər üçün şabbat Allahın istirahətinin simvoludur.Yəni Tanrı
altı gündə yaratdıqlarına yeddinci gün nəzər saldı.Şabbat- Allaha
ibadət , sitayış günüdür.O həm də insanın özünün özü qarşısında
fəaliyyət hesabatıdır desək heç də yanılmarıq.Yəhudi üçün həftə
Şabbatla başlayır və Şabbatla da qurtarır.Psixoloji aspektdən
yanaşdıqda aydın görünür ki, burada məqsəd həm də insanın hər
həftə öz fəaliyyətini əvvəcədən planlaşdırması , məqsədini
müəyyən etməsi və fəaliyyətin nəticəsini təhlil etmək bacarığını
formalaşdırmaqdan ibarətdir. Şabbatın dini aspektdən psixoloji
əsasında belə bir fikir insanlara çatdırılır ki , insan ömrü əbədi