ETNOPSİXOLOGİYA 234
Yəhudilərin uşaq tərbiyyəsinə yanaşması da özlərinə
məxsusdur. Yəhudi analar digərlərinin yanında uşaqlarını qoruyan,
sevgi dolu və həddindən artıq qürurlu kimi davranırlar. Onlar heç
vaxt uşaqlarına onların özünəgüvənini sarsıdacaq fikirlər demir,
fiziki cəzanı qətiyyən qəbul etmirlər. Uşaqların yəhudi
mədəniyyətində tutduğu yüksək sosial status , onun hər bir
təzahüründüə diqqəti cəlb edir.Yəhudilər ailədaxili münasibətlərdə
uşaqların tərbiyəsi prosesində aşağıdakı xalq psixologiyası
prinsiplərinə əməl etməyi vacib sayırlar. Onlar beş yaşına kimi
uşaqla - ağa; on yaşına kimi –qulluqçu; on beş yaşından isə dost
kim ünsiyyət qurur və bu aspektlərdən münasibət bəsləyirlər. Daha
sonra onun dost və ya düşmən olması aldığı tərbiyədən asılıdır.
Yəhudi ailələrində uşaqlara olan hörmət və qayğını, həm
də valideynlərin öz qocalığı üçün ğördüyü qış tədarükü kimi də
səciyyələndirmək olar.
Bir ata on oğul böyüdür, on oğul isə bir ataya baxa bilmir. Yəhudi atalar sözü
Yəhudi ailələrində uşaqlara qarşı maksimum diqqət və
qayğı göstərilir.Ailədəki tərbiyə sistemi onun tam şəkildə öz yəhudi
mədəniyyətinə daxil olmasına ( inkulturasiya ) şərait
yaradır.yaşından asılı olmayaraq ana övladlarının nazı ilə oynayır ,
onların həyatlarının bütün sahələrinə müdaxilə edirlər.
Göründüyü kimi nigahda kişi və qadın arasında olan bağlar,
valideynlə olan bağdan daha sıxdır.XIX əsr Tanaxa təfsirçisi
Y.S.Meklenburq yazır : “insana tək olmaq yaxşı deyil “ o cür başa
düşülməlidir ki, insan heç kimə sevgisini, məhəbbətini vermədikdə
onun daxilən xeyirxahlıq hissi baş qaldırmayacaq “ ( ha-Ketav ve-
ha-Kabbala ) Subaylıq oğlanlar və kişilər üçün arzu edilən sosial
durum deyildir. Çünki, kişilnin tək olması onun sağlamığına da
mənfi təsir göstərir. Belə ki, tək kişilər arasında xəstələnmə, ölüm
faizi ailəlilərlə müqayisədə çox yüksəkdir. Ümumən isə tək və ya
tənha kişilər, subay oğlanların çoxalması cəmiyyət üçün
özünəməxsus sosial-psixoloji və kriminaloji problemlərin artması
ilə müşayət olunur. Bu mənada qadın analıq funksiyası ilə yanaşı,