Microsoft Word etno kitab son srift 12



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə227/338
tarix25.09.2022
ölçüsü1,89 Mb.
#64101
növüDərs
1   ...   223   224   225   226   227   228   229   230   ...   338
ETNOPSIXOLOGIYA

ETNOPSİXOLOGİYA 
233 
özündə deyil , yəhudi qonşunun , rəqibinin guya ki , əlahiddə 
hiyləgərliyində , yaxud hansısa ümümdünya qəsdinin iştirakçısı 
olmasında, sionizmdə axtarırsansa, deməli antisemitizm bundan 
qaynaqlanır,qidalanır və tədricən daha da güclənir.
Antisemitizm yəhudilər və iudaizm durduqca yaşayacaqdır. 
Antisemitizmin qalmasında və yaşamasında yəhudilərin özləri 
bəlkədə maraqlıdır. Əks təqdirdə bu yalnız tarixin səhifələrində acı 
xatirə və tarixi hadisə kimi həkk olub qalardı. Antisemitizmin
yəhudilər üçün pozitiv funksiyası onunla bağlıdır ki, yəhudilər 
daima bu gerçək və uydurulmuş qorxu ideyası ətrafında birləşir, 
özlərini birləşdirməyə nail olurlar. 
Antisemitizm konyuktiv hisslərin yaranmasına və tədricən 
daha da təşəkkül tapmasına rəvac veriri. Etnopsixologiya 
mütəxəssisləri konyuktiv hiss dedikdə bir etnos daxilində insanların 
daima birləşməsini, yaxınlaşmasını təmin edən birləşdirici hisslər 
başa düşülür. Dizyunktiv hisslər isə psixoloji virus kimi 
parçalanmaya, ayrılmaya səbəb olan və milli özünüdərk və milli 
birlik hissini zəiflədən, yerliçilik və qrupbazlıq kimi xırda 
hisslərdir. Antisemitist idealogiyanın varlığı müasir yəhudiləri 
daima öz üzərində çalışmağa, daha da savadlı olmağa , yeni elmi 
kəşflər etməyə özünü başqalarında fərqli hiss etməyə 
istiqamətləndirir.
Yəhudilik ata xətti ilə deyil, ana xətti ilə müəyyən olunur. 
Ananın yəhudi olması yetərlidir ki, dünyaya gələcək körpə yəhudi 
hesab olunsun və sünnət edilsin.Uşaqlar yəhudi ailəsinin affektiv 
mərkəzi hasab olunur.Formasından asılı olaraq, dünyəvi yəhudi 
ailəsində uşaqların sayı az olur. Amma ortodoksal yəhudi 
ailələrində uşaqların sayı 4-5 nəfərə çatır. Yəhudi psixologiyasında 
uşağı sünnət etdirmək , ona Tövratın irəli sürdüyü Toranı öyrətmək 
, hər hansı peşə və ya sənət vermək, evləndirmək valideynin 
müqəddəs borcu hesab olunur. Müsəlman aləmindən fərqli olaraq 
yəhudilər oğlan uşaqlarını səkkiz günlüyündə sünnət edirlər. Bu 
ritual yəhudiliyin əsas şərtlərindən hesab olunduğu üçün, onu qəbul 
edən şəxslər sünnət edildikdən sonra yəhudi sayıla bilər.



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   223   224   225   226   227   228   229   230   ...   338




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin