mühafizəsi üzrə fəaliyyətin hüquqi tənzimlənmə sistemi SSRİ ərazisində sovet
hakimiyyəti qurulduqdan sonra formalaşmağa başlamışdır (1917). Torpaq, yeraltı
sərvətlər, balıq resursları, qoruqlar haqqında dekretlərə müvafiq olaraq təbii
resursların əsas növləri dövlət (ümumxalq) mülkiyyətinə çevrilir. Bu inzibati-
hüquqi aktlar təbiətin mühafizəsi üzrə fəaliyyətin reqlamentasiyasında da nəticə
etibarı ilə əhəmiyyətli rol oynamışlar. Təbii resurslardan səmərəli istifadə
məsələləri iqtisadi artım sürətinin ümumdünya səviyyəsi nöqteyi-nəzərdən təhlil
edilirdi, onların mühafizəsinin gücləndirilməsi isə iqtisadi potensial qurulanadək
31
Sözsüz ki, MDB ölkələrinin qanun yaradıcılığında son illərdə təbiətin
mühafizəsi üzrə fəaliyyətin nizamlanması bazasının normativ-hüquqi bazanın
formalaşmasında vacib addımlar atılmışdır. Bununla yanaşı, qüvvədə olan
qanunvericilik hələ də həddindən artıq deklarativlikdən, vətəndaşların yaxşı
mühitdə yaşamaq, mühitin vəziyyəti haqqında tam məlumatın almasına, səhhətə
vurulmuş zərərin ödənilməsinə dair hüququn reallaşdırılması üçün zəruri
mexanizmlərin olmamağından əziyyət çəkir. Bundan başqa, iqtisadiyyatda bazar
dəyişiklikləri dövlət və bələdiyyə mülkiyyətinin özəlləşdirilməsi zamanı ekoloji
tələblərə riayət edilməni təmin edən yeni hüquqi normaların hazırlanmasını tələb
edir; ekoloji sığortalanma, ekoloji qanun pozmaları ilə vurulmuş ziyanın
ödənilməsi; bank qanunvericiliyinə ətraf mühitə təsirlə bağlı fəaliyyətinin və s.
kreditləşdirilməsi hissəsində dəyişikliklərin daxil edilməsi.
Təsərrüfat obyektləri və ya ayrı-ayrı vətəndaşlar tərəfindən təbiətin mühafizəsi
üzrə qanunvericiliyin pozulması inzibati, nizam-intizam, maddi və hətta təbii
mühitə vurulmuş ziyanın mütləq ödənilməsi ilə cinayət məsuliyyətinə səbəb olur.
Dostları ilə paylaş: