Microsoft Word etraf muhit cavab az doc



Yüklə 434,22 Kb.
Pdf görüntüsü
səhifə76/76
tarix29.12.2021
ölçüsü434,22 Kb.
#48917
1   ...   68   69   70   71   72   73   74   75   76
etraf cavab06az

 

50. Azərbaycanda torpaq resurslarından istifadənin ekoloji iqtisadi aspektləri 

        Azərbaycan Respublikası torpaq ehtiyatları  ilə zəif təmin olunmuş ölkələr 

siyahısına  daxildir.  Respublikamızda  torpaqlardan  səmərəli  istifadə,  onların 

mühafizəsi,  münbitliyinin  bərpası  və  nəticədə  torpaqların  təkrar  istehsal 

dövriyyəsinə qaytarılması qarşıda duran əsas vəzifələrdəndir. 

Respublikamızın torpaq fondu 8,6 mln ha-dır. Torpaq ehtiyatlarının 4,7 mln 

ha-ı  kənd  təsərrüfatına  yararlı,  o  cümlədən  1,4  mln  ha-ı  suvarılan  torpaqlardır. 

Torpaq  fondunun  37,4%-i  istifadə  olunmayan,  yəni  şoranlaşmış,  bataqlıqlaşmış, 

eroziyaya uğramış və s.torpaqlardır. Yararlı torpaqların 33%-i əkin, 9,2%-i çoxillik 

bitkilər,  50,0%-i  otlaqlardan  və  biçənəklərdən  ibarətdir.  Torpaq  fondunun  1/3 

hissəsi  kənd  təsərrüfatı  işləri  üçün  yararsız  hesab  edilir.Hazırda  torpaq  fondunun 

0,86 mln. ha-ı texnogen pozulmuş torpaqlara aid edilir. 

Respublikamızın  torpaq  fondunun  sıradan  çıxmasının  başlca  səbəbləri 

eroziya, şorlaşma, texnogen dəyişikliklər və pozuntular, çirklənmə, torpaq qatının 

kimyəvi tərkibinin dəyişməsi və s. proseslərdir. 

Respublikamızın  ərazisində  külək  və  su  mənşəli  eroziyalar,  torpaq 

sürüşmələri geniş şəkildə yayılmışdır. Son illərin göstəricilərinə görə respublikada 

eroziyaya uğramış torpaq sahəsi 3685 min ha və ya ərazimizin 42,5%-ni təşkil edir.  

Torpaq  sürüşməsi  nəticəsində  isə  nəinki  torpaq  qatı  korlanır,  hətta  kənd 

təsərrüfatı, sənaye  və  mülki obyektlərə  də  böyük  zərər  vurulur.  Dağlıq  ərazilərdə 

eroziya  proseslərinin  artmasının  başlıca  səbəbi  heyvandarlığın  inkişafı,  meşələrin 

sistemsiz  şəkildə  kütləvi  qırılması  və  sıldırım  yamaclarla  onların  daşınmasıdır. 

Bunun nəticəsində dağ yamacları çılpaqlaşır və yerüstü axar suların miqdarı artır.  

Lənkəran-Astara  zonasının  dağətəyi  yamaclarında  bitki  örtüyünün  məhv 

edilməsi  eroziya  proseslərini  kəskin  surətdə  artırmışdır.  Zonanın  63,5  min  ha 

ə

razisindən 22%-i orta və zəif, 10%-dən çoxu güclü eroziyaya məruz qalmış, 30%-



dən  çox  münbit  torpaq  örtüyü  tamamilə  yuyulmuşdur.Ümumiyyətlə,  eroziya 


 

48 


proseslərinin  ilbəil  artması  torpaqdan  istifadənin  aşağı  səviyyədə  olması,  bütün 

dağlıq  və  dağətəyi  təsərrüfatlarda  torpaqlardan  istifadə  də  eroziya  proseslərinin 

təhlükəsi  və  hər  bir  sahənin  relyef  şəraitinin  nəzərə  alınması  ilə  bilavasitə 

bağlıdır.Eroziya  prosesləri  demək  olar  ki,  meşəsiz  olan  Naxçıvan  MR  üçün  daha 

xarakterikdir.  Naxçvan  MR  torpağın  19,9%-i  zəif,  24%-i  orta,  32%-i  isə  güclü 

(şiddətli) eroziyaya uğramış və nəticədə 402 min ha torpaq sahəsi bu və ya başqa 



dərəcədə öz münbit qatını itirmişdir. 

 

Yüklə 434,22 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin