43. Ekoloji marketinq (ekoloji bazar) ümumi təsərrüfat və əmtəə
bazar statistikası
Təbii resurs bazarları artıq uzun müddətdirki mövcuddur. Xammal birjalarının bütün dünya
üzrə səpələnmə tarixi bir neçə onillik tarixə malikdir. Hazırda xammal bazarlarının həcmi nəzərə
çarpacaq dərəcədə artmışdır. Bu artım sənaye tullantılarının yenidən emalı texnologiyalarının,
resursqoruyucu texnologiyaların, təbiətin bərpası üzrə elmi-tətbiqi işləmələrin və s. yeni
mübadilə sahələrinin yaranması hesabına baş verir.
Bütün məhsulların xammal və enerji resurslarının, həmçinin təbiətdən istifadə fəaliyyəti
çərçivəsində qeyri-material aktivliyinin dəyişmə sahəsinin məcmuu “ekoloji bazar” adlandırıla
bilər. Əgər ekoloji bazar kimi bir hal mövcuddursa deməli ekoloji marketinq haqda fikir
söyləmək olar.
Ekoloji marketinq ekoloji bazarın konyukturasının öyrənilməsinə əsaslandırılmış şəkildə
yönəldilmiş idarəetmə növü kimi öz təyinatını tapır.
Ekoloji bazarın konyukturası dedikdə bazarın mövcud vəziyyətini və gələcək inkişaf
imkanlarını müəyyən edən faktların və şəraitin məcmusu başa düşülür.
Konyukturanı iki hissəyə ayırırlar:
– ümumi təsərrüfat və əmtəə bazarı konyukturası.
Ümumtəsərrüfat konyukturası ekoloji bazarın vəziyyətini tam xarakterizə edir (tələbat və təklif
-
lərin birgə səviyyəsi). Əmtəə bazarı konyukturası isə ayrı-ayrı məhsullara olan mövcud tələbat
və təklifləri əks etdirir.
42
Bazar konyukturası haqda tədqiqat apararkən ilk növbədə həmin bazarda həlləedici rol
oynayan istehsalçıları, məhsulları və istehlakçıları müəyyən etmək lazımdır.
İ
stehsal və istehlak sahələri üzrə aparılan statistiki analiz aşağıdakıların öyrənilməsinə imkan
verir:
— Bazarda baş verən kəmiyyət və keyfiyyət dəyişikliklərini aydınlaşdırmaq;
— Ayrı-ayrı firmalar və malların bazarda rəqabət vəziyyətini müəyyən etmək;
— Ekoloji bazarın vəziyyətindən bu və ya digər firmanın asılılıq dərəcəsini müəyyən etmək.
Bazar üzrə aparılan tədqiqatlar əsasən bu və ya digər məhsula olan tələbat və təklifləri əhatə
edir.
Müasir dövrdə bazar konyukturasının öyrənilməsi əsasən 3 səviyyədə aparılır: ümumiqtisadi,
sahələr üzrə və əmtəə üzrə;
Bazarın konyukturasının öyrənilməsinə kompleks yanaşmaya aiddir:
— Bir-birini tamamlayan müxtəlif informasiyalardan istifadə;
— Bazar konyukturasını xarakterizə edən proqnoz göstəricilərinin retrospektiv analizini
aparmaq;
— Müxtəlif proqnoz və analiz metodlarından birgə istifadə etmək.
Dostları ilə paylaş: |