Microsoft Word etraf muhit cavab az doc



Yüklə 434,22 Kb.
Pdf görüntüsü
səhifə64/76
tarix29.12.2021
ölçüsü434,22 Kb.
#48917
1   ...   60   61   62   63   64   65   66   67   ...   76
etraf cavab06az

 

39. Demoqrafiya və urbanizasiya problemlərinin sosial iqtisadi amilləri 

 

Urbanizasiya şəhərlərin kənd sahələrinin və əhalisinin hesabına böyüməsi və inkişafı ilə baş verən və 

ictimaiyyətın inkişafının yüksəldilməsinə yönəldilmiş tarixi prosesdir. 

Müasir  şəhər  təkcə  külli  miqdarda  insanların  yaşayış  məntəqəsi  yox,  o,  həmçinin  ətraf  mühitə  təsir 

edərək  onun  dəyişməsinə  səbəb  olan  güclü  bir  sistemdir.  Milyon  əhalisi  olan  ilk  şəhər  3000  il  bundan 

ə

vvəl  (eramızdan  əvvəl  44-10-cu  illərdə)  Yuli  Sezar  vaxtında  Roma  olmuşdur.  Şəhərlərin  yarandığı 



tarixdən ətraf aləmin mühafizəsi qaydaları mövcud olmuşdur. Sənayedə baş vermiş inqilab urbanizasiya 

prosesini sürətləndirən əsas amillərdən biri olmuşdur. 

.  1800-cü  ildə  dünya  əhalisinin  yalnız  3  faizi  şəhərlərdə  yaşayırdı.  XX  əsrə  qədər  hətta  iqtisadi 

cəhətdən inkişaf etmiş ölkələrdə belə əhalinin əksəriyyəti kənd yerlərində yaşayırdı. Onların əsas yaşayış 

tələbatını kənd təsərrüfatı ödəyirdi. 

BMT-nin məlumatına əsasən minilliklər ərzində əhalinin artımı çox ləng  getmişdir. Neolit dövründə 

dünyanın  əhalisi  6-10  mln  təşkil  etmişdir.  Bu  dövrdə  əhali  artımı  0,002%-ə  qədər  olmuşdur.  Yalnız 

axırıncı  yüzillikdə  bu  rəqəm  0,1  faizə  çatmışdır.  Yeni  eranın  əvvəlində  planetdə  yaşayan  əhalinin  sayı 

300-400 mln-a çatmışdır. 1800-cü ildə bu rəqəm bir milyard nəfərə qədər olmuşdur. 1930-cu ildə əhalinin 

sayı 2 mlrd-a; 1960-cı ildə 3; 1975-ci ildə 4; 1987-ci ildə 5; 2000-ci ildə 6 

– milyard nəfər,  2012-ci ildə 

isə 7 milyard nəfər olmuşdur. 

BMT-nin məlumatına görə 2050-ci ildə yer üzərində əhalinin sayı 9 mlrd-a çatacaqdır. Ümumiyyətlə 

inkişafda  olan  ölkələrdə  əhalinin  sayının  2050-ci  ildə  4,8  mlrddan  7,8  mlrda  çatacağı  gözlənilir.  Belə 

artım  bir  çox  problemlərin  yaranmasına  səbəb  olacaqdır.  Bu  problemlərə,  qida  məhsullarının 

çatışmaması,  ekoloji-krizis  və  s.  aid  etmək  olar.  Eyni  zamanda  ekspertlər  30  ölkədə  əhalinin  sayının 

azalacağı fikrini irəli sürürlər. Bu ölkələrə Almaniya, Yaponiya, Rusiya da daxil edilmişdir. 

Urbanizasiya  prosesi  demoqrafik  artıma  nisbətən  daha  surətlə  inkişaf  edir.  2000-ci  ildə  milyonçu 

şə

hərlərin  sayı  300-ə  çatmışdır.  Təxminən  həmin  şəhərlərin  yarıdan  çoxunun  əhalisi  3  mln-dan  



artıqdır.2000-ci ildə Berlində keçirilmiş “Urban XXI” beynəlxalq konfransında qeyd olunmuşdur ki, yer 

üzərində əhalinin çox hissəsi şəhərlərdə yaşayacaqdır. Yaxın 25 il ərzində şəhər əhalisinin sayının 5 mlyd 

artacağı, hər beş nəfərdən üçünün şəhərlərdə yaşayacağı gözlənilir. Bu illərdə milyonçu şəhərlərin və 27 

meqapolislərin (əhalisi 10 mln-dan çox olan şəhərlər) böyük hissəsi inkişafda olan ölkələrdə olacaqdır. 

İ

ri şəhərlərdə ekoloji vəziyyətin gərgin olması oraya olan atropogen təsirin yüksək olması və əhalinin 



sıxlığı  ilə  əlaqədardır.  Bir  çox  şəhərlərdə  əhalinin  sıxlığı  optimal  həddi  aşaraq  3000  adam  /  hektara 

çatmışdır.  Bu  say  hələ  artmaqda  davam  edir.  İstehsalın,  energetika  və  kommunal  təsərrüfat  sahələrinin 

inkişafı texnogen təsirin artmasına səbəb olur.  

  

 




Yüklə 434,22 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin