Microsoft Word etraf muhit cavab az doc



Yüklə 434,22 Kb.
Pdf görüntüsü
səhifə61/76
tarix29.12.2021
ölçüsü434,22 Kb.
#48917
1   ...   57   58   59   60   61   62   63   64   ...   76
etraf cavab06az

 

36. Təbiəti mühafizə fəaliyyətinin iqtisadi stimullaşdırılmasında xarici təcrübə 

Məlumdur  ki,  bu  ölkələrdə  iqtisadi  stimullaşdırma  mexanizmi  XX  əsrin 

ə

vvəllərindən işləyir və ABŞ, Yaponiya və Qərbi Avropada mövcud olan modellər 



çoxillik  axtarışların  nəticəsidir.Qərbdə  ekoloji  sahənin  tənzimlənməsinin  iki 

iqtisadi metodu tətbiq edilir: qiymət və ya vergi tənzimlənməsi və xüsusi bazar 



mexanizmləri. Resursqoruyucu fəaliyyətdə qiymət və vergi rıçaqlarından istifadə 

yanaşmasının  baniləri  A.Piqu,  A.Marşall,  onlardan  bir  qədər  sonra  C.Mid  və 

başqaları olmuşlar.  

Qərbin  aparıcı  ölkələrində,  hal-hazırda,  ekoloji  qiymət  tənzimlənməsinin 

aşağıdakı əsas alətlərindən istifadə edilir: 

1.  Ətraf  mühitin  çirkləndirilməsinə  görə  ödənişlər

.  Təbiət  istifadəçisi  olan 

müəssisələr  tərəfindən  onların  tullantılarının  zərərsizləşdirilməsi  və  assimilyasiya 

edilməsi,  çirkli  suların  su  hövzələrinə  axıdılması,  atmosfer  havasının 

çirkləndirilməsi, bərk tullantıların toplanılması üzrə onlara göstərilən “xidmətlərə” 

görə dövlət büdcəsinə müəyyən məbləğlərin ödənilməsi. 



2.  Bələdiyyəyə  məxsus  təmizləyici  qurğulardan  istifadəyə  görə  ödənişlər

Mahiyyət  etibarilə,  bu  ödəniş  bələdiyyə  orqanlarının  göstərdiyi  xidmətlərin 



müqabilində  həyata  keçirilir.  Təmizləyici  qurğulara  və  zibil  emal  edən  zavodlara 

verilən çirkləndirmələrin (çirkli sular, bərk tullantılar və s.) həcmi və tərkibindən 

asılı olaraq ödənişlərin vahid, habelə fərdi tarifləri tətbiq edilir.  

3.  Resurs  ödənişləri

.  Təbii  resurslardan  istifadə  hüququ,  onların  bərpası  və 

mühafizəsi üçün ödənişdir. Tükənən resurslar üçün onların aşağıdakı növləri tətbiq 

edilir: 


a)  satış  həcmlərinə  tətbiq  edilən  vergi.  Bu  vergi  ilkin  mərhələlərdə  resursun 

hasilat  templərinin  azalmasına  kömək  edir,  çünki  həmin  resursa  görə  qiymətlərin 

qalxmasına səbəb olur; 

b)  mənfəət  (renta)  vergisi  də  təbii  resursun  hasilat  templərinin  aşağı 

düşməsinə səbəb olur; 

c) royalti − şirkətlər tərəfindən hasil edilmiş resursların dəyərindən hökumətə 

ödənilən hissədir və mahiyyət etibarilə, ümumi satış gəlirlərindən vergidir. 

4. Məhsul vergiləri

. İstehsalı və ya sonrakı istifadəsi ətraf mühitə mənfi təsir 

göstərən  məhsulların  qiymətinə  edilən  əlavədir.  Ekoloji  cəhətdən  “çirkli”  məhsul 

və texnologiyaların bazardan sıxışdırılıb çıxarılması vasitəsi kimi xidmət edir. 

5.  Mənfəət  vergisinin  diferenasiasiyası  −  ekoloji  təmiz  məhsul  istehsal  edən 

müəssisələr  üçün  vergi  güzəştlərinin  tətbiq  edilməsini  və  əksinə,  ekoloji  “çirkli” 

məhsul  istehsal  edən  müəssiələrə  böyük  məbləğlərdə  vergi  tətbiq  edilməsini 

nəzərdə  tutan  sistemdir.  Belə  diferensiasiyanın  çatışmazlığı  ondan  ibarətdir  ki, 

vergilər  büdcəni  doldurmalı  olduğu  halda,  əksinə,  büdcəyə  daxilolmaları 

neytrallaşdırırlar 




 

37 


6.  Subsidiyalar

.  Təbiəti  mühafizə  tədbirlərini  həyata  keçirmək  üçün  təbiət 

istifadəçilərinə  dövlət  tərəfindən  edilən  yardımdır.  Aşağıdakı  formalarda  həyata 

keçirilir: 

a)  qrant  (təqaüd)  −  ətraf  mühitin  çirkləndirilməsini  əhəmiyyətli  dərəcədə 

azaltmaq  üçün  nəzərdə  tutulmuş  irimiqyaslı  layihələrin  həyata  keçirilməsi 

məqsədilə dövlət tərəfindən müəssisələrə edilən əvəzsiz maliyyə yardımıdır; 

b)  “yumşaq”  kredit  −  istehsalın  ekoloji  səviyyəsinin  yaxşılaşdırılması 

(texnologiyaların təkmilləşdirilməsi) üçün müəssisəyə verilən aşağı faizli kreditdir; 

c)  vergi  güzəştləri  (məsələn,  gəlir  vergisi  üzrə  güzəştlər,  təbiəti  mühafizə 

təyinatlı  avadanlıqların  sürətləndirilmiş  amortizasiyasına  şamil  edilən  vergi 

güzəştləri,  mexaniki  nəqliyyat  vasitələrinə  və  “təmiz”  yanacaqdan  istifadə  edən 

nəqliyyat vasitələrinə şamil edilən verginin azaldılması və sair. 

7.  Ekoloji  sığorta

.  Ətraf  mühitin  qəza  nəticəsində  və  ya  gözlənilmədən 

çirkləndirilməsi nəticəsində üçüncü şəxslərə (fiziki və hüquqi şəxslər, hakimiyyət 

orqanları)  iqtisadi  zərər  vurulmasına  görə  yüksək  ekoloji  risk  mənbələrinin  – 

müəssisənin  iqtisadi  (əmlak)  məsuliyyətinin  sığortalanmasıdır.  Ekoloji  sığortanın 

məqsədi  ətraf  mühitə  vurulan  zərərin  kompensasiyası  və  bu  zərərin  vurulmasına 

səbəb olan qəzaların qarşısının alınmasının iqtisadi stimullaşdırılmasıdır.  

ABŞ  və  müəyyən  qədər  AFR-də  geniş  tətbiq  edilən  bazar  tənzimlənməsi 

sisteminin əsas elementləri aşağıdakılardır: 

 “babbl  prinsipi”  (“köpük”  və  ya  “bulud”  prinsipi)  −  bu  prinsipə  uyğun 



olaraq  çirkləndirmə  normativi  bütöv  region  üçün  müəyyən  edilir,  regionun 

ə

razisində  yerləşən  müəssisələr  bu  normativə  riayət  olunmasının  ən  sərfəli 



variantını birlikdə tapa bilərlər. “Babbl” prinsipi region səviyyəsində çirkləndirmə 

hüquqları ilə ticarət üçün şərait yaradır. 

  Çirkləndirmələrin kompensasiya olunması siyasəti çirkləndirmə səviyyəsini 



aşağı  salmış  müəssisələrə  imkan  verir  ki,  onlar  müvafiq  sənəddə  (çirkləndirməyə 

verilən lisenziya və ya icazə) əksini tapmış çirkləndirmə hüququnu əldə etsinlər.  

 “Çirkləndirmə  bankları”.  Öz  çirkləndirmə  həcmlərini  normativlərlə 



müəyyən  edilmiş  səviyyədən  aşağı  səviyyəyədək  azaltmış  firmalar  xüsusi 

banklarda  (“çirkləndirmə  bankları”)  əmələ  gəlmiş  fərq  əsasında  akkreditiv  aça 

bilərlər  və  bu  onlara  daha  sonra  çirkləndirmə  hüquqlarını  satmaq  və  ya  zərurət 

anında istifadə etmək imkanı verəcəkdir. Bu, potensial lisenziya alıcılarının uyğun 

satıcı axtarışlarını yüngülləşdirir 

 Çirkləndirmə  hüquqlarının  birjaları.  Lisenziya  bazarı  genişləndikdə 



lisenziyaların  alqı-satqısı üzrə xüsusi  vasitəçilərin  fəaliyyəti  üçün  zərurət  yaranır. 

Qeyd edilən birjalar belə vasitəçilərdir. 




Yüklə 434,22 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin