məcburi ola bilər. Məcburi audit, siyahısı ekoloji audit üzrə xüsusi səlahiyyətli
orqan tərəfindən təsdiq olunan, fəaliyyətin təşkili və növləri üçün (məsələn, obyekt
sahibinin dəyişilməsi zamanı, obyektin icarəyə verilməsi və yaxud ipoteka zamanı
girov kimi və s.), keçirilir və həmçinin, təbiəti mühafizə qanunvericiliyini pozana
qarşı iddianın tənzimlənməsi zamanı, xüsusi səlahiyyətli dövlət orqanları tərə-
findən təşəbbüs göstərilə bilər. Könüllü (təşəbbüslü) ekoaudit ətraf mühiti
idarəetmə sisteminin yaranması və tətbiq edilmə prosesində, onun işlənməsinin
effektivliyə nəzarət zamanı, yalnız təsərrüfat subyektinin təşəbbüsü ilə keçirilir.
Audisiyanı keçirən şəxsdən asılı olaraq, daxili (müəssisənin işçiləri arasından
seçilən auditorlar tərəfindən keçirilir) və xarici auditi (müstəqil auditorlar
komandası tərəfindən keçirilir) fərqləndirirlər. Məcburi audit yalnız xarici ola bilər.
Daxili ekoaudit, təşkilatda ətraf mühiti idarəetmə sisteminin işləməsini təmin edən,
mühüm bir alətdir, lakin keçirilməsi zamanı, onun nəticələrin obyektivliyini təmin
etmək problemlidir.
Ekoaudit prosedurunda üç tərəf iştirak edir – təşəbbüsçü (müştəri, sifarişçi),
auditor (audit şirkəti) və yoxlanılan obyekt. Ekoloji audit təcrübəsində anketləşmə,
maddi balanslar, kartoqrafik, texniki hesabatların üsulları istifadə olunur. Ekoaudit
keçirilməsinin əsas mərhələləri bunlardır:
•
təbiəti mühafizə fəaliyyətinin göstəricilərini əks etdirən, ilkin
sənədləşmənin, qeydiyyat jurnalların və digər materialların yoxlanılması;
•
obyektin ekoloji təhlükəsizliyinin səviyyəsi haqqında auditin məqsədlərinə
müvafiq olaraq, məlumatın yığılması (personalla müsahibəsini də daxil etməklə);
•
obyektin vizual müayinəsi, onun təftişi, bölmələrə başçəkmə, texniki
vasitələrin vəziyyətinin və istifadəsinin yoxlaması;
•
ətraf mühiti parametrlərinin və mənfi təsir amillərinin instrumental təhlili;
•
auditin nəticələrinə görə məsləhətlərin işlənib hazırlanması, sifarişçiyə
nəticələr və məsləhətlərlə, aşkar olunan problemlərin aradan qaldırılması üçün
təkliflərlə hesabatın tərtibi;
Ekoauditin keçirilmə təcrübəsi onun nəticələrinin effektiv istifadə imkanlarını
sübut edir, onlar aşağıdakılara imkan verir:
•
ətraf mühitə əvvəlcə qeydə alınmamış təsir mənbələrinin eyniləşdirməsini;
•
təbii resursların istifadəsini optimallaşdırmaq;
•
əlavə tədqiqatların keçirilməsinin məqsədəuyğunluğunu əsaslandırmaq;
•
əlavə məhsulun, xidmətlərin, təkrar xammalın istifadəsinin, enerji
resurslarının qənaətinin istehsal imkanlarını aşkarlamaq;
•
yeni texnikanın, təbii mühafizə və resurslara qənaət tədbirlərin tətbiqinin
alternativ variantlarını əsaslandırmaq;
•
ekoloji fəaliyyətin maliyyələşdirmənin ehtimal (əlavə) mənbələrini müəyyən
etmək;
•
zərərin kompensasiyasında və ekoloji-iqtisadi məsuliyyətin cərimə
sanksiyalarının risklərini azaltmaq və yaxud ümumiyyətlə istisna etmək;
•
monitorinq sisteminin və istehsalat nəzarətinin inkişafına əlavə xərcləri
müəyyən etmək;
35
•
istehsalat xərclərini azaltmaq və əlavə məhsulun yaranması hesabına gəlirin
artmasına nail olmaq və s.
Dostları ilə paylaş: |