Ekoloji menecment sistemi – bu idarəetmə iyerarxijanın (fərdi sa-
hibkardan dövlət və beynəlxaq birliyə qədər) bütün səviyyələrində təbiətdən
istifadə, ətraf mühitin qorunmasında və insan fəaliyyətinin ekoloji
təhlükəsizliyində prinsip, üsullar, forma və vasitələrin birliyidir.
Müəssisədə ekoloji menecmentin zərurəti, bir çox hallarda, insanın müasir
dünyada yaşamanın, həm işçi, həm də yer üzündə yaşayan bütün insanlara aid
edilən, ekoloji problemlərin yaranmasıdır. Müəssisənin ekoloji menecmenti (eko-
menecment), ətraf mühitin qorunması ilə əlaqədar olan, müəssisə idarəetmənin
bütün aspektlərini əhatə edir və onun funksiyaları: planlaşdırma, təşkilat, mo-
tivasiya, nəzarətdir.
Ekoloji menecment təkcə müəssisənin ixtisaslaşmış təbiəti
mühafizə xidmətinin fəaliyyəti ilə məhdudlaşmır, həmçinin o, elmi-tədqiqat və
təcrübə-konstruktor işləri, bölüşdürmə, marketinq və s. daxil olmaqla, bütün işçi
personala və, praktiki olaraq, bütün istehsal-təsərrüfat fəaliyyət növlərinə də aiddir.
. Müəssisədə, bir qayda olaraq, dəqiq ekoloji siyasət mövcud olmamışdır.
Yalnız 1990-cı illərdə daha da aydın, şirkətin müsbət imicini formalaşdıran,
birbaşa və dolayısı ilə iqtisadi effektlərin alınması imkanını yaradan, yeni ekoloji
menecmentin səciyyəvi cizgiləri görünməyə başlamışdır, bu da onun rəqabət
davamlığına müsbət təsir edir. Ekoloji menecmentə münasibətdə dəyişikliklərin
ə
sas səbəbləri son onilliyin aşağıdakı amil və tendensiyalar olmuşdur:
•
məhsulların ekoloji xarakteristikalarına istehlakçıların tələbi yüksəlmişdir;
•
bir çox ölkələrdə əhəmiyyətli dərəcədə ekoloji məsuliyyət subyektlərinin
dairəsi genişlənmişdir.
Ekomenecment sisteminin mühüm elementi, onun rəhbərliyinin
işləyib hazırladığı və məhsulun (və yaxud xidmətin) ətraf mühitin zəruri
mühafizəsinin tanınmasını əks etdirən, müəssisənin ekoloji siyasətidir. Ətraf
mühitin mühafizəsi, strateji məqsədlərdən biri kimi olan, müəssisənin ümumi
siyasətinə daxil olmalıdır. Ekoloji siyasəti formalaşdırması zamanı aşağı-
dakıları nəzərə almaq lazımdır:
•
ətraf mühitə istehsal fəaliyyətinin bütün növlərinin əsaslı təsiri;
•
enerji, xammal, suyun istifadəsi;
•
tullantıların azalması və uzaqlaşdırılması;
•
səs-küyün səviyyəsi;
•
istehsal texnologiyaları;
33
•
məhsulun planlaşdırılması;
•
müştəri və təchizatçılarla münasibətlər;
•
fövqəladə situasiyaların yaranması zamanı davranış qaydaları və onların
aradan qaldırılması;
•
ekoloji məlumat və personalın təlimi və həmçinin, xarici ekoloji məlumat
(4).
Müəssisənin ekoloji siyasəti onun bütün bölmələrinin operativ ekoloji
Dostları ilə paylaş: |