Microsoft Word etraf muhit cavab az doc


Ekoloji  sığorta  könüllü  v



Yüklə 434,22 Kb.
Pdf görüntüsü
səhifə72/76
tarix29.12.2021
ölçüsü434,22 Kb.
#48917
1   ...   68   69   70   71   72   73   74   75   76
etraf cavab06az

Ekoloji  sığorta  könüllü  və  icbari  formalarda  həyata  keçirilə  bilər.  Könüllü  sığorta 

sığortalı (təsərrüfat subyekti) ilə sığortaçı (sığorta şirkəti) arasında bağlanan müqavilə əsasında 




 

44 


həyata  keçirilə  bilər.  Onun  həyata  keçirilməsi  şərtləri  və  qaydası  sığorta  haqqında 

qanunvericiliklə  müəyyən  edilir,  konkret  şərtləri  isə  sığorta  müqaviləsi  ilə  müəyyən  edilir. 

Qanuna  uyğun  olaraq  həyata  keçirilən  sığorta  isə  icbaridir.  Onun  növləri,  həyata  keçirilməsi 

şə

rtləri  və  qaydası  xüsusi  normativ  aktlarla  müəyyən  edilir.  İcbari  sığorta  qanunvericilik 



qaydasında  ekoloji təhlükəli obyektlərin siyahısına daxil edilmiş müəssisələrə aid edilir.  

Lakin ekoloji sığorta ilə  bağlı məsələlər qanunvericilikdə öz ətraflı həllini tapmamışdır. 

Ola  bilsin  ki,  əvvəlcə  ayrı-ayrı  ərazilərdə  könüllü  ekoloji  sığortanın  tətbiq  edilməsi  məsələsini 

qoymaq  və  müvafiq  eksperimentləri  aparmaq  lazımdır.  Bunun  üçün  isə  bütün  istehsalat 

obyektlərinin  məlumat  bazası  yaradılmalı  və  ekoloji  təhlükə  səviyyəsinə  görə  onların  təsnifatı 

aparılmalıdır.  Qəza  zamanı  çirklənmə  nəticəsində  vurulan  iqtisadi  ziyan  göstəricilərinə  görə 

müəssisələri üç qrupa bölürlər: 

 Xüsusi  təhlükəli  −  “A  qrupu”na  (qəza  ehtimalı  0,09  olan  müəssisələr)  daxil  olan 



müəssisələr icbari sığorta kateqoriyasına düşürlər; 

 Təhlükəli − “B qrupu”na  (qəza ehtimalı 0,085 olan müəssisələr) daxil olan müəssisələr 



regional təbii mühafizə orqanlarının qərarına uyğun icbari sığortaya məruz qala bilərlər; 

 Az təhlükəli − “V qrupu”na (qəza ehtimalı 0,059 olan müəssisələr) daxil olan müəssisələr 



ekoloji qəza risklərini könüllü əsaslarla sığortalayırlar. 

.  İcbari  ekoloji  sığorta  üçüncü  şəxslərə  vurulmuş  zərərin  mütləq  əvəzinin  ödənilməsinə 

kömək edir və ətraf mühitin qəza nəticəsində çirkləndirilməsinin büdcə vəsaitləri cəlb edilmədən 

qarşısının  alınmasını  və  onun  neytrallaşdırılması  üzrə  fəaliyyətini  iqtisadi  cəhətdən 

stimullaşdırır. Təbii ki, təbiəti mühafizə təyinatlı sığorta fondları sisteminin yaradılması onların 

real iqtisadi imkanlarına yönələn çoxmərhələli proses olmalıdır. Ekoloji sığorta ekoloji təhlükəli 

istehsalatlar  üçün  xüsusilə  sərfəlidir,  çünki  sığorta  müqaviləsinə  uyğun  olaraq  xərclərin  əsas 

hissəsini  sığortaçı  rolunda  çıxış  edən  ekoloji  sığorta  fondu  daşıdığı  üçün,  son  nəticədə  ekoloji 

təhlükəli  istehsalatların  qəza  nəticəsində  vurulan  zərərin  kompensasiya  olunmasına  çəkdiyi 

xərcləri azaldır. 




Yüklə 434,22 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin