Microsoft Word etraf muhit cavab az doc



Yüklə 434,22 Kb.
Pdf görüntüsü
səhifə74/76
tarix29.12.2021
ölçüsü434,22 Kb.
#48917
1   ...   68   69   70   71   72   73   74   75   76
etraf cavab06az

 

48. Azərbaycanda ətraf mühitin çirkləndirən mənbəylər və maddələ

Azərbaycan  Respublikasında  ətraf  mühitin  mühafizəsi  məsələləri  son  40  il 

ə

rzində  daha  da  kəskinləşmişdir.Lakin  son  100-150  ildə,  xüsusən  də  XX  əsr 



ə

rzində  sənayenin,  nəqliyyat  və  kənd  təsərrüfatının  inkişafı  Azərbaycanın  sosial-

iqtisadi tərəqqisinə və xalqın mədəni yüksəlişinə səbəb olsa da, Respublikanın təbii 

şə

raitində  əsaslı  dəyişikliklər  üçün  zəmin  yaratmışdır.  Yeraltı  və  yerüstü 



sərvətlərdən    intensiv  şəkildə  istifadə  olunması,  iri  sənaye  müəssisələrinin  inşa 

edilməsi,  su  anbarlarının  tikilməsi,  kanalların  və  kollektor-drenaj  şəbəkələrinin 

salınması,  energetika  və  rabitənin  inkişafı,  dağ  rayonlarına  avtomobil  yollarının 

çəkilməsi,  düzən  və  dağətəyi  ərazilərdə  meşələrin  qırılması  hesabına  yaşayış 

məntəqələrinin, əkin və biçənək sahələrinin genişləndirilməsi ətraf mühitə və onun 

ayrı-ayrı  komponentlərinə,  hava,  su,  torpaq  örtüyünə  və  təbii  biosenozlara 

antropogen təzyiqləri dəfələrlə artırmışdır. Xəzər dənizi səviyyəsinin dəyişkənliyi, 

ozon təbəqəsi ilə bağlı problemlər, qlobal iqlim dəyişmələri, atmosferdə parnik və 

ozondağıdıcı  qazların  artması,  digər  iri  miqyaslı  proseslərlə  əlaqədar  olsa  da, 

onların Azərbaycanda törədiyi fəsadlar nəzərə çarpacaq dərəcədə artmışdır. 

XX  əsrdə  Respublika  əhalisinin  artması  da  bəzi  ekoloji  problemlər 

yaratmışdır  və  təbii  ekosistemlərə  antropogen  amillərin  güclənməsi  ilə 

nəticələnmişdir. Respublikamızda atmosfer hövzəsini çirkləndirən mənbələr lokal 

ə

razilərdə  (Bakı,  Sumqayıt,  Gəncə,  Şirvan,  Mingəçevir)  cəmləşsə  də  bu 



məntəqələrin  coğrafi  mövqeyi  və  tullantılarının  böyük  həcmi  ilə  əlaqədar  olaraq 

çirklənmənin  təsiri  Respublika  ərazisinin  50-60%-də  bu  və  ya  digər  dərəcədə 

müşahidə edilir. 

Təkcə  avtomobil  mühərriklərindən  atmosferə  atılan  çirkləndiricilərin  illik 

həcmi 750 min tonu keçmişdir. Respublikamızın hava hövzəsinə 2013-cu ildə  1,2 

min    ton  müxtəlif  tərkibli  tullantılar  atılmışdır.  Həmin  tullantıların  215  min  tonu 

stasionar  mənbələrdən,  992  min  tonu  isə    avtomobil  nəqliyyatı  tullantılarının 

payına  düşmüşdür.Qeyd  edildiyi  kimi,  Respublikamızın  hava  hövzəsinə  atılan 




 

46 


tullantıların  77,5%-i  avtomobil  nəqliyyatı  tullantılarının  payına  düşür.  Belə  ki, 

avtomobil nəqliyyatı tullantılarının 68%-i Bakı şəhərinin, 6,1%-i Gəncə şəhərinin, 

1,1%-i Mingəçevir şəhərinin, 1,2%-i Sumqayıtın və 0,8%-i Şirvan şəhərinin payına 

düşür. 



Yüklə 434,22 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin