30
edir. Bu, qlobal strategiyadır, buna görə də onu uğurla həyata keçirmək tək bir
ölkədə deyil, bütün dünyada mümkündür. Lakin hər bir ölkə dayanıqlı inkişaf üçün
öz milli strategiyasını müəyyən etməlidir. Dayanıqlı inkişaf konsepsiyası BMT-nin
(Rio de Janeyro, 1992) rəsmi mövqeyi qismində qəbul edilmişdir. “21-ci əsr üzrə
gündəlikdə” ayrı-ayrı ölkələrin inkişaf strategiyasının hazırlanmasına dair
tövsiyələr,strategiyanın hazırlanma və reallaşdırılma prinsipləri verilmişdir. Rusiya
Federasiyasının dayanıqlı inkişafının dövlət strategiyası hazırlanmışdır.
Daha ətraflı göstəriciləri illik proqnozdadır – buna çirkləndirici maddələrin
icazə verilmiş tullantıların limitləri, təbii resursların istifadə göstəriciləri, ətraf
mühitin mühafizəsinə yönəldilmiş kapital yatırımları həcminin hesablanması,
təbiətin mühafizəsi üzrə tədbirlərin siyahısı və onların yerinə yetirilməsinə çəkilən
xərclər, tapşırıqları regionlara, ayrı-ayrı nazirlərə, idarə və müəssisələrə
çatdırılması aiddir. Dövlət səviyyəsində vaxt müddətləri üzrə və xüsusilə vacib
təbii komplekslərin və ekoloji sistemlərin konkret ekoloji-iqtisadi proqnozlaş-
dırmaları, proqnozlar, proqramlar, planlar, adətən, sahələrarası və regionlararası
olurlar. Dayanıqlı inkişafın məqsəd və tapşırıqları, hər şeydən əvvəl, təbii
resursların istifadəsinin və ətraf mühitin mühafizəsinin milli proqramında
konkretləşdirilir.
Dostları ilə paylaş: