Təbiətin mühafizəsinin planlaşdırılması və planlaşdırılması obyekti ayrı-
ayrı təbii kompleks və ekoloji sistemlərdir. Təbii komplekslərdə əsasən təbiətin
mühafizəsi sxemləri tərtib edilir, onlara təbii mühitin müasir qiymətləndirilməsi,
antropogen təsir şəraitində təbii proseslərin proqnozu, təbii mühitin
stabilləşdirilməsi və yaxşılaşdırılması üçün zəruri olan tədbirlər kompleksi daxil
edilir. Hər şeydən əvvəl, xüsusən mühafizə edilən təbii ərazilərin uzunmüddətli
inkişaf proqnozu və səmərəli yerləşdirilməsi lazımdır.
Təbiətin mühafizə edilməsi üzrə proqnozlaşdırma və planlaşdırma ərazi və
sahə səviyyəsində icra edilir. Dövlət səviyyəsində ərazi proqnozlaşdırılması və
planlaşdırılması əsaslandırılmış ekoloji inkişafı və ərazinin ekoloji həcmini nəzərə
almaqla ölkənin istehsal gücünün yerləşdirilməsini təmin etmək üçündür. Yerlərdə
ə
traf mühitin mühafizənin plan-proqnozları müvafiq icraedici orqanlar tərəfindən
inzibati-ərazi vahidlər arasında ictimai ekoloji təşkilatların iştirakı ilə hazırlanır.
Dostları ilə paylaş: |