258
yil, ondan ibarətdir ki, həmin qanunlar dərk edilsin və bu bilik əsasında təbiət qa-
nunları planauyğun bir surətdə müəyyən məqsədlər üçün fəaliyyət göstərməyə
məcbur edilə bilsin. Bu, həm xarici təbiətin qanunlarına, həm də insanın
özünün
cismani və mənəvi varlığını idarə edən qanunlara aiddir, – bunlar iki qisim qanun-
lardır ki, bunları biz bir – birindən, uzaq başı, öz təsəvvürümüzdə ayıra bilərik, ger-
çəklikdə isə ayıra bilmərik. Deməli, iradə azadlığı işi bilmək əsasında bir qərara
gəlmək qabiliyyətindən başqa bir şey deyildir. Beləliklə, insan müəyyən bir məsələ
haqqında nə qədər azad mühakimə yeridir, bu mühakimənin məzmunu da o qədər
böyük bir zərurətlə müəyyən olacaqdır, halbuki bilməməkdən irəli gələn və imkan
daxilindəki bir çox müxtəlif bir– birinə zidd qərarlar arasında guya istədiyini seçib
götürən inamsızlıq özünün azad olmadığını, məhz özünün
tabe edəcəyi şeyə tabe
olduğunu sübut edir. Deməli, azadlıq təbiət zərurətlərini dərk etmək əsasında özü-
müzə və xarici təbiətə hakim olmaqdan ibarətdir, buna görə də azadlıq tarixi inkişa-
fın zəruri məhsuludur (F.Engels).
Qeyd etmək lazımdır ki, iradə azadlığı problemi insanın
öz əməlləri müqabilin-
də əxlaqi və hüquqi məsuliyyəti problemi ilə sıx surətdə əlaqədardır. Əgər insan bu
və ya digər hərəkətə güc ilə məcbur edilərsə, o zaman həmin hərəkətə görə o heç
bir əxlaqi və hüquqi məsuliyyət daşımır. Bunu zorakılıq edənin ölümü və zədə al-
ması faktı ilə də eyniləşdirmək olar.
İnsanın azad hərəkəti öz aləmində həmişə cəmiyyət qarşısında cavabdeh oldu-
ğunu nəzərdə tutur.
Azadlıq və məsuliyyət bir bütöv, şüurlu insan fəaliyyətinin iki tərəfidir. Azad-
lıq məqsədəuyğun fəaliyyətin həyata keçməsi imkanıdır. Məsuliyyət obyektiv şə-
raitin diktə etdiyi hərəkətin dərk edilməsi deməkdir. Azadlıq
məsuliyyət doğurur,
məsuliyyət azadlığı istiqamətləndirir.
Elmi–fəlsəfi dünyagörüşünə görə həm azadlıq, həm də məsuliyyət obyektiv sə-
bəbiyyət determinizmin hökm sürdüyü dünyada mümkündür. Məsuliyyət ictimai
şüurun inkişafı, sosial münasibətlərin səviyyəsi ilə mövcud sosial institutlarla şərt-
lənir.
Dostları ilə paylaş: